MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Əsəd Həsənov
Ailə həkimi
SUAL VER
236 məsləhət

Həsənov Əsəd Həsən oğlu 16 İyul 1955-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1972-ci ildə Mincivan 36 nömrəli dəmir yol məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub. 1981-ci ildə “Səhiyyənin təşkili və Sosial Gigiyena” ixtisası üzrə, 1984-cü ildə SSRİ MN xətti ilə “Ümumi və hərbi səhra cərrahiyyəsi” ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 1980-ci ilin sentyabrından 1981-ci ilin iyununa kimi Dəvəçi (Şabran rayonu) stansiyası Xətt ambulatoriyasının uşaq həkimi, 1981-1985-ci illərdə həmin ambulatoriyanın baş həkimi vəzifəsində işləyib. 1985-ci ilin sentyabrından 1993-cü ilin avqustuna kimi Zəngilan rayonunun Mincivan Dəmir Yol xəstəxanasında uşaq həkimi çalışıb. 24 avqust 1993-cü ildə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq N saylı hərbi hissədə Alay Tibb Məntəqəsinin həkimi kimi xidmətə başlayıb. 1997-2009-cu illərdə Ali hərbi təhsil müəssisəsində baş həkim kimi qulluq edib. Xidmət illərində “Ümumi və hərbi səhra terapiyası” və “Ümumi və hərbi səhra cərrahiyyəsi” ixtisaslarına yiyələnib, bu sahələrdə də fəaliyyət göstərib. 2009-cu ildə ehtiyata buraxılıb. Həmin vaxtdan özəl tibb müəssisəsində ailə həkimi kimi çalışır. I dərəcə həkim-təşkilatçı, I və II dərəcə qüsursuz xidmətlərə görə və Silahlı Qüvvələrin yubiley medalları ilə təltif olunub. Hazırda özəl klinikalardan birində çalışır.

Ən çox oxuduğunuz rubrika hansıdır?