EUR 1.9874 USD 1.7 RUB 0.0272

Kosmetologiya

Üzünüzü TƏMİZ və CAVAN edəcək 2 təbii məhsul

  • 5131 dəfə
  • Tarix 26 Aprel 2018 / 15:01
Üzünüzü TƏMİZ və CAVAN edəcək 2 təbii məhsul

Üz dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün bahalı krem və digər qulluq vasitələrdən deyil, adi təbii məhsullardan da istifadə edə bilərsiniz.

 

Ailem.az bildirir ki, ev şəraitində bal və duz qarışığı ilə çox effektli pilinq etmək olar. Pilinq nəticəsində dərinin üzərində yığılan ölü hüceyrələr təmizlənir, dəridə bərpa prosesləri sürətlənir, qan dövranı yaxşılaşır, dəri daha parlaq və sağlam görünür, cavanlaşır.

 

Pilinq üçün 1 x.q. bal 1 ç.q. narın duzla qarışdırılır, üz dərisinə çəkilir, bir neçə dəqiqə ərzində yüngül massaj edilir, sonra ilıq su ilə yuyulur. Bundan sonra üzünüzə qidalandırıcı krem çəkin.

 

SİZİN REKLAM BURADA