EUR 2.0862 USD 1.7 RUB 0.0278

Kosmetologiya

Saçları gücləndirən və gözəlləşdirən MASKA

  • 2035 dəfə
  • Tarix 11 Aprel 2018 / 13:47
Saçları gücləndirən və gözəlləşdirən MASKA

Ailem.az saçlarınıza faydalı olacaq təbii maska reseptləri verir.

 

Ballı qatıq maskası

 

Bütün saç tiplərinin istifadə edə biləcəyi, xüsusilə quru, yıpranmış saçlar üçün faydalıdır. Bu maska ilə saç dəriniz sağlam olacaq və saçlarınız güclənəcək. İki yemək qaşığı qatığı bir kasaya qoyun. Bir yemək qaşığı bal ilə bir yemək qaşığı zeytun yağını azacıq isidin. Bu qarşıma kasadakı qatığı əlavə edin və yaxşı qarışdırın. Maskanı saçınıza ucdan dibə doğru vurun. Saç dərinizə masaj etməyi unutmayın. 30 dəqiqə gözlədikdən sonra durulayın.

 

Nəmləndirici kakos maskası

 

Əgər saçlarınızın quruluğundan şikayətçisinizsə, bu maska sizə görədir. Kakos südü və zeytun yağı saçı yumşaltmaq üçün çox uyğundur. Üstəlik dalğalı, ya da qıvrım saçları da gözəlləşdirir. Bir kiçik fincan kakos südünə yarım çay qaşığı zeytun yağı tökün. Saçınız çox qurudursa, daha çox yağ tökə bilərsiniz. Qarışımı saçınıza sürtdükdən sonra diqqətlə darayın. Xüsusilə uclarına diqqət edin. Saçınızı 20 dəqiqə isti dəsmalla bağlayın, sonra durulayın.

SİZİN REKLAM BURADA