EUR USD RUB

Ailə

Azərbaycanlı müğənni hamıdan gizli evlənib - Valideynlərindən xəbərsiz

  • 1517 dəfə
  • Tarix 09 Yanvar 2018 / 10:43
Azərbaycanlı müğənni hamıdan gizli evlənib - Valideynlərindən xəbərsiz

ARB-də "Səhər-Səhər" verilişində qonaq olan gənc müğənni Mirkamil Kamillovla bağlı şok edəcək faktın üstü açılıb.

 

Ailem.az-ın məlumatına görə, bunu verilişin aparıcısı Elgiz Əkbər açıqlayıb: "Bunlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər, heç kimə də deməyiblər".

 

Aparıcının sözlərini təsdiq edən Mirkamil "Toy xarici ölkədə olub" deyib. Müğənni Bakıda da özünə toy çaldıracağını sözlərinə əlavə edib.

 

Əli Mirəliyev eşitdiyi məsələyə çılğın reaksiyası ilə diqqət çəkib: "Elə şey olar?! Valideynin xeyir-duası olmalıdır. Onun əziyyətini körpə yaşından valideynləri çəkib, indi gəl denən ki, mən evləndim".

 

Qeyd edək ki, Mirkamil xalq artisti Mələkxanım Əyyubova və müğənni Ramal İsrafilovun qohumudur.

SİZİN REKLAM BURADA