EUR USD RUB

Kosmetologiya

Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI

  • 1278 dəfə
  • Tarix 09 Yanvar 2018 / 11:49
Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI

Gilin faydalı maddə olduğu hər kəsə bəllidir. Xüsusilə də ondan hazırlanan maskalar dərinin təravətli qalmasına inanılmaz kömək edir. Ailem.az sizə faydalı gil maskalarının reseptini təqdim edir.

 

Detoks gil maskası

 

Lazım olanlar:

 

6 xörək qaşığı yaşıl gil

1 xörək qaşığı kakos yağı

1 xörək qaşığı bal

Yarım limon suyu

 

Hazırlanması:

 

Verilən ləvazimatları qarışdırın. Gil maye halını alana qədər bir az su da əlavə edə bilərsiniz. Qarışımı təmizlənmiş dəriyə həftədə 2 dəfə 20 dəqiqə tətbiq edin. İlıq su ilə durulayın. Detoks gil maskası dərinizi yeniləyib, qan dövranını sürətləndirəcək.

 

Ləkəli dəri üçün gil maskası

 

Lazım olanlar:

 

2 çay qaşığı sarıkök

5 xörək qaşığı yaşıl gil

1 xörək qaşığı bal

 

Hazırlanması:

 

Verilən ərzaqları qarışdırın. Su ilə maye halına gəlməsini təmin edin. Həftədə maksimum 3 dəfə 20 dəqiqə bu maskanı istifadə edə bilərsiniz. Gil və sarıkökün ləkəli dərilər üzərindəki təsirini mütəmadi istifadədə hiss edəcəksiniz.

 

Rahatladan gil maskası

 

Lazım olanlar:

 

1,5 xörək qaşığı yağsız qatıq

4 xörək qaşığı yaşıl gil

 

Hazırlanması:

 

Qatıq və gili qarışdırın. Maye halını alan qarışımı göz çevrəsi və dodaq kənarlarınızı çıxmaq şərti ilə üz dərinizə sürtün. 20-25 dəqiqə saxlayıb ilıq su ilə durulayın. Resepti hazırlayarkən metal qabdan istifadə etməyin. Mümkün qədər taxta qablardan istifadə edin.

 

Nəmləndirici gil maskası:

 

Lazım olanlar:

 

4 xörək qaşığı yaşıl gil

1,5 xörək qaşığı su

5 damcı qızılgül yağı

 

Hazırlanması:

 

Bütün ləvazimatları qarışdırın. Təmizlənmiş dəriyə tətbiq edin. Həftədə 2 dəfə 20 dəqiqə dərinizdə quruyana qədər saxlayın. İlıq su ilə yuyub, su tərkibli bir nəmləndirici ilə dərinizi nəmləndirin.

 

 

 

 

SİZİN REKLAM BURADA