EUR USD RUB

Maraqlı

Keçmiş xanımından İbrahim Tatlısəsin evlilik təklifinə CAVAB

  • 2140 dəfə
  • Tarix 13 Yanvar 2018 / 11:26
Keçmiş xanımından İbrahim Tatlısəsin evlilik təklifinə cavab

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş xanımı Ayşegül Yıldız onun evlənmə təklifinə müsbət cavab verməyib.

 

Ailem.az Türkiyə mediasına istinadən bildirir ki, Yıldız Tatlısəslə yenidən evlənmək niyyətində deyil. O, bu haqda yaxın ətrafına deyib: “İbrahim bəy övladımın atasıdır. Aramızdakı sevgi, hörmət həmişə olacaq. Lakin söhbət evlilikdən gedirsə, bu mövzuda müsbət düşüncələrə sahib deyiləm”

 

Xatırladaq ki, İbrahim Tatlısəs “Show TV”də yayımlanan “Seda Sayanla” proqramında keçmiş arvadı Ayşegül Yıldıza aşiq olmadığını, lakin onunla yenidən evlənmək istədiyini deyərək, efir vasitəsilə ona evlənmə təklifi etmişdi.

 

Qeyd edək ki, İbrahim Tatlısəs uzun müddət sevgi münasibətində olduğu Ayşegül Yıldızla 2011-ci ildə müalicə aldığı xəstəxanada rəsmi nikaha girib. Evliliklərinin ikinci ilində onların Elif Ada adlı bir qızları olub. 2013-cü ilin noyabrında bu evliliyi qarşılıqlı anlaşma yolu ilə bitiriblər

SİZİN REKLAM BURADA