EUR USD RUB

Kosmetologiya

Üzünüz sədəf kimi hamar olacaq – SADƏ MASKA

  • 1908 dəfə
  • Tarix 08 Fevral 2018 / 14:02
Üzünüz sədəf kimi hamar olacaq – SADƏ MASKA

 

Adətən xəmir yoğuranda istifadə edilən yaş mayanın dərini hamarlaşdırdığını bilirdinizmi? Ailem.az üzünüzü sədəf kimi hamar edəcək maya maskalarını təqdim edir.

 

Maya yüksək faizdə protein, B6 vitaminlərinə malik olduğu üçün dərinin təzələnməsini və qalıq maddələrdən təmizlənməsini təmin edir.

 

Südlü maya maskası

 

1 xörək qaşığı yaş maya

1 xörək qaşığı süd

 

Hazırlanması: 

 

Şüşə kasada qarışdırın və masaj edərək bütün üzünüzə vurun. Maska quruduqda ilıq su ilə təmizləyin.

 

Sadə maya maskası

 

2 xörək qaşığı yaş maya

1 xörək qaşığı ilıq su

 

Bunları qarışdırıb, sızanaqlarınız çox olan yerə vurun. Maska tamam quruyanda ilıq su ilə isladın və ovalayaraq maskanı təmizləyin.

 

Qatıqlı maya maskası

 

1 çay qaşığı yaş maya 

1 çay qaşığı qatıq

 

Verilənləri qarışdırın. Qara nöqtə, dəri ləkələri olan yerlərə qalın bir şəkildə sürtün və qurumasını gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.

 

SİZİN REKLAM BURADA