EUR 2.0862 USD 1.7 RUB 0.0278

İntim

Erkən boşalmaya bunlar səbəb olur – KİŞİLƏRİN DİQQƏTİNƏ

  • 3249 dəfə
  • Tarix 13 Aprel 2018 / 21:20
Erkən boşalmaya bunlar səbəb olur – KİŞİLƏRİN DİQQƏTİNƏ

Kişi cinsi həyatında ən böyük problemlərdən biri erkən boşalmadır. Bu, cinsi həyata mənfi mənada təsir edir, kişilərdə özgüvəni aşağı salır. Ailem.az kişilərdə bu problemi yaradan səbəblər barədə məlumat verir.

 

Əslində bu problemə rast gəlinməsinin səbəbləri şəxsdən-şəxsə dəyişir.

 

Cinsi əlaqə zamanı qadın, ya da kişinin kifayət qədər zövq ala bilməməsinə bağlı olaraq ortaya çıxa bilən erkən boşalma spermanın idarə edilə bilməməsi nəticəsində kişinin tez boşalmasına və yetərincə zövq almamasına yol açır. Aparılan araşdırmalara görə, kişilərin əksəriyyətində erkən boşalma problemi mövcuddur.

 

Qadın və kişilərdə fərqlilik göstərir

 

Mütəxəssislərə görə, qadın və kişilərdə boşalma müddəti fərqlilik göstərə bilir. Kişilərə nisbətən daha gec müddətdə boşalan qadınlarda bu hal “‘gec boşalma” adlandırılır. İdarə edə bilməmə kimi görülən erkən boşalma problemi xüsusilə qadınlarla müqayisədə kişilər üçün əhəmiyyətli bir problemdir.

 

Psixoloji vəziyyətlə əlaqədar

 

Kişilərdə erkən boşalmanın ən böyük səbəbi psixoloji haldır. Həddindən çox həyəcan, özgüvənsizlik kimi problemlər erkən boşalmanı sürətləndirən səbəblərdəndir. Bununla yanaşı sperma çoxluğu da səbəblər arasındadır. Bədəndə həddindən artıq miqdarda sperma olduqda sperma bir an öncə özünü çölə atmaq istəyir. Mütəxəssislər buna görə bəzən masturbasiya edərək, çox olan spermanın bədəndən atılmasını tövsiyə edir.

 

Müalicəsi mümkündür

 

Erkən boşalma tez-tez təkrarlanırsa, həkimə gedərək, müalicə almaq lazımdır. Bu problemi seksopatoloq və psixiatrla aradan qaldırmaq olar. Erkən boşalmanın müalicə edilə bilən bir xəstəlik olduğunu unutmayın.

 

SİZİN REKLAM BURADA