EUR USD RUB

Sağlıq

Cinsiyyət orqanında problemlər olan oğlan uşağı doğulub - AZƏRBAYCANDA

  • 2075 dəfə
  • Tarix 24 Aprel 2018 / 10:26
Cinsiyyət orqanında problemlər olan oğlan uşağı doğulub

Azərbaycanda cinsiyyət orqanında ciddi problemlər olan, sidik kanalının dəliyi xayalığa açılan oğlan uşağı doğulub.

 

Bununla bağlı Ailem.az-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, uşaq valideynləri tərəfindən müayinəyə gətirildiyi zaman məlum olub ki, sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılır: “Cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilimişdi. Yəni diaqnozu hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarımsünnətli) ən ağır formalarından biri sayılan penoskrotal hipospadiya idi. Bir mərhələdə əməliyyatın uğursuz olma ehtimalı çox olduğu üçün, 2 mərhələdə əməliyyat eləmək qərarı verdik. İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. İlk etapda cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük”.

 

F. Hüseynov deyir ki, ilk əməliyyat uğurla yerinə yetirilib və uşaq hazırda evlərindədir, növbəti əməliyyatını gözləyir.

 

SİZİN REKLAM BURADA