EUR USD RUB

Evim

Dibçəkdə nanə əkməyin QAYDASI

  • 1733 dəfə
  • Tarix 26 Aprel 2018 / 12:19
Dibçəkdə nanə əkməyin QAYDASI

Ləzzətli dadı və gözəl ətri ilə salatlara, xörəklərə dad verən nanə həm də sağlamlıq baxımından olduqca faydalıdır. Nanəni hazır almaq əvəzinə evdə özünüz də əkə bilərsiniz. Ailem.az dibçəkdə nanə əkməyin qaydasını təqdim edir.

 

Lazım olanlar:

 

- Bağça torpağı
- Dibçək və bir neçə çınqıl daşı
- Nanə şitilləri
- Mala
- Bağça əlcəyi
- Püskürtmə pompası

 

Əkilməsi:

 

1-ci addım: Altında deşik olan bir dibçək seçin. Dəlikləri daşlarla örtün və üstünü torpaqla doldurub üst qismində 1, ya da 2 barmaq qədər boşluq buraxın.
 

 

2-ci addım: Mala ilə torpağın mərkəzində oyuq açın, nanə şitillərini dibçəyin içinə yerləşdirin və köklərini torpaqla örtün. Sonra torpağı sulayın.
 

 

3-cü addım: Nanə şitillərinin qurumaması üçün 1, ya da 2 həftə gözləyin. Torpağı mütəmadi olaraq nəmləndirin və tez-tez yoxlayın. Nanə şitilləri adətən 3 ay içində tamamilə böyüyür.
 

 

4-cü addım: Avqust və sentyabr ayı nanənin əsl yığım vaxtıdır. Səhər tezdən nanənizi yığa bilərsiniz.

SİZİN REKLAM BURADA