EUR 1.9794 USD 1.7 RUB 0.0271

Ailə

Allergiyalı uşaqlara bu qidaları vermək olmaz – ÖZƏL MENYU

  • 2512 dəfə
  • Tarix 28 Aprel 2018 / 12:03
Allergiyalı uşaqlara bu qidaları vermək olmaz – ÖZƏL MENYU

Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb. Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergik uşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər. Bəs bu cür uşaqların menyusu necə təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?  

Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb. Ailem.az həmin menyunu valideynlərin diqqətinə çatdırır.

 

Yeyilməsinə icazə verilməyən qidalar:

 

Şirin qidalar (şirniyyatlar, tortlar, kekslər, şokolad, mürəbbə, cem, şirin çay)

 

Ədviyyatlı, duzlu, istiotlu qidalar

 

“Abur-cubur” (çipsi, pepsi, suxarı, qazlı içəcəklər, jelibon, marmelad, çubuqlar və s)

 

Ketçup, tomat

 

Rəf ömrü uzun qidalar

 

Sitrus meyvələr, qırmızı meyvələr (portağal, naringi, kivi, ananas, çiyələk, moruq)

 

Qızartma yeməklər (yanmış yağ)

 

Yatmazdan öncə süd vermək (reflyuksa bağlı astma riski yaratdığı üçün)

 

Fast foodlar: (dönər, pizza, hamburqer, Mc Donalds, KFC, kartof free)

 

Kolbasa, sosiska

 

Yumurta

 

Süd (fərdi həssaslıq)

 

Bal

 

Mövsümi olmayan meyvə tərəvəzlər

 

Broyler toyuqlar

 

Enerji içkiləri

 

Ağ un məmulatları

 

 

Qidalanması məsləhət olanlar:

 

 

Şorba, bulyon (yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan və tomatsız)

 

Tərəvəz püreləri (mövsümi)

 

Mövsüminə uyğun allergik olmayan meyvələr, tərəvəzlər

 

Sıyıqlar (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)

 

Turş süd məhsulları: qatıq, süzmə, kəsmik. Körpələrdə inək südü allergiyasında süd verən ananın belə, bu qidaları qəbul etməməsi məsləhətdir)

 

Lobya, mərci (fərdi həssaslığı yoxdursa)

 

Sobada bişirilmiş ət, ət yeməkləri

 

Göyərtilər

 

Tərəvəz şorbaları (zeytun yağında)

 

Pürelər (meyvə, tərəvəz)

 

Şəkərsiz, evdə hazırlanmış peçenyelər, (çovdar unu məsləhətlidir) bişmələr

 

Bitki çayları

 

Təzə meyvə suları

 

Taxıllar: düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulqur

 

Yeməklər: küftə, buxarda kotlet, dolma, bulqur (tomatsız, qovrulmuş soğansız), dovğa, aş, qarabaşaq, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və s.

 

 

Günay Rəsulova diqqətə çatdırır ki, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın. Öz həkiminizin məsləhəti hər kəsin məsləhətindən üstündür.

 

 

SİZİN REKLAM BURADA