EUR 1.9904 USD 1.7 RUB 0.0277

Sağlıq

4 gün yalnız banan yesəniz... – MÖCÜZƏVİ PƏHRİZ

  • 3844 dəfə
  • Tarix 30 Aprel 2018 / 10:41
4 gün yalnız banan yesəniz... – MÖCÜZƏVİ PƏHRİZ

Banan pəhrizi barədə eşitmisiniz? 4 gün boyu yalnız bananla qidalanacağınız pəhriz sayəsində bədəniniz böyük bir dəyişikliklə qarşılaşacaq. Ailem.az möcüzəvi banan pəhrizinin reseptini təqdim edir.

 

Enerji verir

 

Bananın tərkibinin 74 faizi sudur. Tərkibində bol miqdarda karbohidrat olan banan bütün gün enerjili qalmağınızı təmin edir. İdmana başlamazdan əvvəl və sonra banan yeyən idmançıların enerjili qalmasının səbəbi də budur. Enerjinizin tez tükənməsindən şikayətçisinizsə, gündəlik olaraq banan yeməyiniz məsləhət görülür.

 

Banan pəhrizi ilə 4 kilo arıqlayın

 

 
Banan pəhrizini tətbiq etmək olduqca asandır. Gün ərzində hər naharda 3 ədəd banan yeyərək, asan şəkildə arıqlaya bilərsiniz. İstəsəniz, bananı su və süd ilə qarışdırıb yeyə bilərsiniz. Bu halda gündəlik istifadə ilə bel nahiyənizdəki yağların qısa zamanda yandırıldığına da şahid olacaqsınız. Banan tox tutma özəlliyi ilə 4 gündə 4 kiloya qədər arıqlamağınızı təmin edəcək.

 

Həzm sistemini tənzimləyir

 

4 gün boyu banan yeməyin faydalarından biri həzm sistemini tənzimləməsidir. Qəbizliyə də faydası olduğu bilinən banan lif baxımından zəngin bir məhsul olduğu üçün həzm sistemi üzərində müsbət təsirə malikdir.

 

Xoşbəxtlik hormonu ifraz edir

 

İnsanlarda xoşbəxtlik hormonu olaraq bilinən serotoninin ifrazı ilə banan istifadəsi arasında birbaşa əlaqə var. Gündəlik daha çox banan yeyərək ruh halınızdakı müsbət dəyişikliklərə şahid olacaqsınız.

SİZİN REKLAM BURADA