EUR USD RUB

Mətbəx

Saray burması şirniyyatı – RESEPT

  • 1273 dəfə
  • Tarix 30 Aprel 2018 / 11:30
Saray burması şirniyyatı – RESEPT

Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. Ailem.az damaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.

 

Saray burması üçün lazım olanlar:

 

1 ədəd yumurta
Bir fincan duru yağ 
Bir fincan qatıq
2 stəkan çəkilmiş qoz 
Bir stəkan şəkər tozu
Bir kasa əridilmiş kərə yağı

2 qaşıq sirkə 

Apardığı qədər un 

 

Şərbəti üçün: 

 

3 stəkan su 
3 stəkan şəkər tozu

 

Hazırlanması:

 

Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin. 

Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın. 

 

Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.

 

Nuş olsun!

 

 

SİZİN REKLAM BURADA