EUR USD RUB

Maraqlı

Bu vitamin sayəsində yuxuları uzun müddət yadda saxlamaq mümkündür

  • 5308 dəfə
  • Tarix 01 May 2018 / 10:27
Bu vitamin sayəsində yuxuları uzun müddət yadda saxlamaq mümkündür

Avstraliyanın Adelaida Universiteti alimlərinin apardıqları tədqiqatın nəticələri “Perceptual and Motor Skills” jurnalında dərc edilib. Alimlər ölkənin müxtəlif regionlarından olan 100 nəfərin iştirakı ilə eksperiment keçiriblər. İştirakçılar beş gün ərzində yatağa girməzdən əvvəl içərisində 240 milliqram B6 vitamini olan kapsul və ya plasebo qəbul ediblər. Bu zaman nə alimlər, nə də iştirakçılar kimin nə qəbul etdiyini bilməyiblər.

 

Ailem.az modern.az-a istinadən xəbər verir ki, əlavələr qəbul edən iştirakçıların sözlərinə görə, onlar gördükləri yuxuları adətən yadda saxlaya bilmirdilər. Lakin eksperimentin sonunda vəziyyət qəti surətdə dəyişib.

 

Tədqiqatın müəlliflərindən biri olan Denholm Espinin sözlərinə görə, vitamin iştirakçıların yuxusunu daha parlaq, həqiqətəuyğun və ya qeyri-adi etmir, onların yuxusunun digər aspektlərinə təsir göstərmir. Vitamin sadəcə olaraq, yuxuları daha yaddaqalan edib. Lakin plasebo qəbul edənlər ertəsi günü pis yatmalarından və ayılandan sonra özlərini yorğun hiss etmələrindən şikayətləniblər.

 

D.Espi deyir: “İnsan orta hesabla ömrünün 6 ilini yuxuda keçirir. Əgər biz yuxularımızın başa düşülməsinə təsir göstərə bilsək, yuxuda olduğumuz vaxtdan daha səmərəli istifadə edə bilərik. Dərk edilən yuxugörmə zamanı, sizə elə gəlir ki, yatmısınız, lakin yuxu davam edir. Bu, qorxulu yuxuları aradan qaldırmağa, fobiyanı sağaltmağa, problemləri kreativ həll etməyə, hətta fiziki zədələrdən sonra bərpaya kömək edə bilər. Yuxuları dərk etməkdən ötrü, ilk növbədə, onları müntəzəm olaraq yadda saxlamağı öyrənmək vacibdir. Tədqiqatlar göstərir ki, məqsədəçatma vasitələrindən biri B6 vitaminidir”.

 

Yuxuların yadda qalmasına təsir edən biomexanizmlərin B6 vitamininin tərkibində olması hələ ki, məlum deyil. B6 vitamini ilə (piridoksin) kəpəkli dənli ərzaqlar, paxlalar, banan, avokado, ispanaq, kartof, süd, pendir, yumurta, mal əti, qaraciyər, balıq zəngindir. Espinin sözlərinə görə, o, həmkarları ilə ərzaq məhsullarındakı B6 vitamininin yuxuların yadda saxlanılmasına təsir etməsini aydınlaşdırmağı planlaşdırır.

 

SİZİN REKLAM BURADA