EUR USD RUB

Evim

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

  • 9275 dəfə
  • Tarix 01 May 2018 / 13:37
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və buna xeyli zaman sərf etməli olursunuz. Ailem.az-ın verəcəyi bu üsulla xalçalarınızı asanlıqla təmizləyə biləcəksiniz.

 

Asan üsul:

 

Bir paket qarğıdalı nişastasını alın və xalçanızın hər yerinə bərabər şəkildə tökün.

5 dəqiqə gözləyin. Sonra tozsoran vasitəsilə xalçanın üzərindəki nişastanı təmizləyin.

Xalçanızın tər-təmiz olduğunu görəcəksiniz. Həmçinin, nişasta xalçada olan mikrobların da yox olmasını təmin edəcək.

 

 

SİZİN REKLAM BURADA