EUR USD RUB

Maraqlı

Elnarə “Onu sən yaşat” aksiyasına qoşuldu

  • 5096 dəfə
  • Tarix 02 May 2018 / 12:54
Elnarə “Onu sən yaşat” aksiyasına qoşuldu

Müğənni Elnarə Xəlilova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi “Xeyirxah” kampaniyasına qoşulub. Müğənni qaraciyər çatışmazlığından əziyyət çəkən Tural Hacıyev üçün “Onu sən yaşat” devizi altında başladığı aksiyada iştirak edəcək.

 

Aksiya çərçivəsində Elnarə Xəlilova layihənin könüllüləri ilə görüş keçirib. Sevilən müğənni ilə yanaşı tələbələrinin də iştirak etdiyi görüşdə kampaniya çərçivəsində aparılan işlər müzakirə olunaraq, fikir mübadiləsi aparılıb. Bildirilib ki, tərəflər hazırkı aksiya və bundan sonrakı aksiyalarda birgə əməkdaşlıq edəcəklər.

 

Sonda ictimai fəal gənclərdən ibarət komanda Elnarə Xəlilovanı “Xeyirxah”ın ulduz səfiri elan edib.

 

Xatırladaq ki, əməliyyatın keçirilməsi üçün donor olsa da 60000 (altmış min) manat pula ehtiyac var. Ailəsinin maddi vəziyyəti aşağı olduğuna görə əməliyyat üçün lazım olan məbləği ödəyə bilmir. Bu səbəbdən də Turalın ailəsi xeyirxah insanlardan kömək istəyir.

 

Aksiya ilə bağlı bütün məlumatları www.xeyirxah.com internet saytından əldə edə bilərsiniz.

SİZİN REKLAM BURADA