EUR USD RUB

Mətbəx

Şokoladlı kremin asan RESEPTİ

  • 2465 dəfə
  • Tarix 02 May 2018 / 13:37
Şokoladlı kremin asan RESEPTİ

Şokoladlı kremi hər birimiz sevirik. Səhər naharında, bişirdiyimiz şirniyyatlarda, tortlarda şokoladlı kremin xüsusi dadı olur. Ailem.az-ın verəcəyi bu reseptlə evdə asan yolla kakaodan şokoladlı krem hazırlaya biləcəksiniz.

 

Şokoladlı krem üçün lazım olanlar:

 

1 stəkan yarım süd

1 stəkan su

2 xörək qaşığı kakao

3 xörək qaşığı şəkər tozu

1 xörək qaşığı nişasta

 

Hazırlanması:

 

Bütün verilənləri qaba töküb, qaşıqla çırpın. Daha sonra orta temperaturda krem halı alana qədər bişirin. Əgər şokolad dadının daha tünd olmasını istəyirsinizsə, onun içərisinə şokolad parçaları da ata bilərsiniz. Şokoladlı kremi soyuduqdan sonra bir az soyuducuya qoysanız, daha gözəl nəticə əldə etmiş olarsınız.

 

Nuş olsun!

SİZİN REKLAM BURADA