EUR 1.9904 USD 1.7 RUB 0.0277

Fauna

Ev heyvanları psixi pozulmaların qarşısını alır - MARAQLI ARAŞDIRMA

  • 1963 dəfə
  • Tarix 02 May 2018 / 16:17
Ev heyvanları psixi pozulmaların qarşısını alır - MARAQLI ARAŞDIRMA

Şəhər həyatında ev heyvanı saxlamamaq insan psixikasında özünü göstərə bilər.

 

Ailem.az medicina.az-a istinadən xəbər verir ki, ABŞ-ın Boulder şəhərində yerləşən Ulmsk və Kolorado universitetlərindən olan tədqiqatçılar bu barədə məlumat yayıblar.

 

Eksperiment üçün yaşı 20-40 arasında olan 40 almaniyalı seçilib. İştirakçıların yarısını fermada, heyvanların əhatəsində böyüyənlər, digər hissəsini isə daim şəhərdə yaşayıb və heyvanlarla az təmasda olanlar təşkil edib.

 

Təcrübə iştirakçılarına müəyyən vaxt çərçivəsində sadə riyazi məsələləri həll etmək təklif olunub. Onların immunitetinin reaksiyasının öyrənilməsi məqsədilə testdən 5 dəqiqə əvvəl, həmçinin 15, 60, 90 və 120 dəqiqə sonra kişilərdən qan və ağız seliyi nümunələri götürülüb.

 

Nəticədə ikinci qan qrupu nümayəndələrində periferik qanın mononüvə hüceyrələrinin yüksək artımı müşahidə edilib ki, bunlar da stress vəziyyətlərində immunitetin reaksiyasında əsas komponentlərdir.

 

Fermada böyüyən insanların orqanizmlərinin stressə reaksiyası daha sakit olub.

 

Tədqiqatçıların fikrincə, ev heyvanlarından sahiblərinə ötürülən mikroorqanizmlər insanları stressə daha çox uyğunlaşdırır. Bakteriyaların təsiri altında immun sistemi iltihabəleyhinə proseslərdə balansa yiyələnir və allergiyanın, autoimmun xəstəliklərinin, həmçinin psixi pozulmaların yaranma riskinin qarşısını alır.

 

SİZİN REKLAM BURADA