Sahibi tərk etdi, it ağladı - FOTO

 

Böyük Britaniyada dəmir yolunda oturub ağlayan it onu görənləri təəccübləndirib.

 

Yanına bir qab içməli su qoyulan itin gözündə yaş olub. Onun fotosu internetdə bir neçə dəfə paylaşılıb və insanlar “ağlayan” itə yardım etmək istəyiblər.

 

Sən demə, triyer cinsli itin sahibi onu dəmiryolunda atıb gedib. Bir saatdan çox gözlədikdən sonra sahibinin gəlmədiyini görən it sözün əsl mənasında göz yaşı axıdıb. Axşamadək onun dalınca heç kim gəlmədiyindən it itkin düşmüşlər siyahısına əlavə edilib.

 

Kai adlı itin başına gəlmiş hadisə Nyu-Yorkdan tutmuş Filippinədək bir çox ölkələrdə maraq doğurub, onu öz himayəsinə götürmək istəyənlərin sayı da çoxalıb. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017