Kartoflu keks - RESEPT

Aile.lent.az kartoflu keks reseptini təqdim edir.

 

Ərzaqlar:

 

4-5 ədəd kartof

1 st qatıq

1 st duru yağ

3 yumurta

2 st un

1 qutu qabartma tozu

Duz

İstiot

Cirə, razyana

100 qr ağ pendir

 

Üzəri üçün: küncüt, çörəkotu

 

Hazırlanması:

 

Kartofları soyub doğrayın. Soba qabının içinə yerləşdirin. Ayrı bir qabda yumurta, duru yağ və unu qarışdırın. Qabartma tozunu da əlavə edin. Sonra ədviyyatları qarışdırın. Keks xəmiri kimi sulu olacaq. Doğranmış kartofun üzərinə xırda-xırda doğranmış pendirləri əlavə edin. Hazırladığınız qarışımı pendirli kartofun üzərinə səpin. 170 dərəcədə 20-25 dəqiqə bişirin.

 

Nuş olsun! 

LENT

18 Fevral 2017
17 Fevral 2017
16 Fevral 2017
15 Fevral 2017
14 Fevral 2017