Hamilələrin diqqətinə: düyü yeyin - FAYDALARI

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır.

 

Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.

Hamiləlik zamanı qadınlar dəmirə normaldan iki qat daha çox ehtiyac duyur. O baxımdan hamiləliyin son aylarında yeyilən düyü çox faydalıdır. Aile.lent.az hamilələr üçün düyünün hansı faydaları olduğunu sadalayır.

 

- Düyü qan şəkəri səviyyəsini sabit saxlamaqla həzmin rahat olmasına və zəngin minerallarla hamiləliyin rahat keçməsinə kömək edir. Təzyiqi nizamlamaq təsiri ilə yüksək təzyiqin qarşısını alır.

 

- A vitamini dəri, saç, diş əti sağlamlığı üçün əhəmiyyətlidir.

 

- B1 vitamini hüceyrə yaranması, həzm sistemi, sinir sistemi üçün əvəzedilməz vitamindir.

 

- B2 vitamini enerji verir.

 

- Tərkibindəki kalsium sağlam bədən, sümük toxuması üçün, diş çürüməsi, əl-ayaqladakı gücsüzlük, bədən ağrılarına qarşı faydalıdır. Bundan başqa, düyü hamilələrin ehtiyac duyduğu fol turşusu ilə də zəngindir.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017