Göz şişkinliyini aradan qaldırmağın təbii yolları

Allergiya, kosmetik vasitələr, ağlamaq, yuxusuzluq və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər. Bəs bunun aradan qaldırılması üçün nə etmək lazımdır? Aile.lent.az saglamolun.az-a istinadən göz şişkinliyini aradan qaldırmağın təbii yollarını təqdim edir.

 

Buz

 

Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.

 

Çay vannası:

 

Soyuk çay paketlərini gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.

 

Çiy kartof:

 

Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.

 

Süd:

 

Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.

 

Xiyar:

 

Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın.

 

Metal qaşıq:

 

Metal qaşığı göz qapağına yüngülcə qoyub biraz gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018