Dərinin bronz rəngdə qalması üçün SADƏ ÜSULLAR

Yay aylarının ən sevimli trendlərindən biri də bronz dəridir. Bəs günəşlənmə effektini uzun müddət saxlamaq üçün nə etmək lazımdır? Bunun üçün bir neçə sadə üsul var. Aile.lent.az uzun müddət bronz qalmaq istəyənlər üçün effektli yollar təqdim edir.

 

- Günəş şüalarının birbaşa düşmədiyi saatlarda günəş vannası qəbul edirsinizsə, eyni zamanda kök yemək və kök şirəsi içmək günəşlənmə effektini daha da artıracaq.

 

- Pilinq etdirdikdən  və ya duş qəbulundan  sonra günəşlənin.

 

- Günəşlənərkən 30 dəqiqə eyni pozada dayanın. Hər 30 dəqiqədən bir günəş kreminizi də yeniləyin.

 

- Dənizdə daha çox yansanız, bronzlaşmanın effekti uzun müddət qalır. Bunun səbəbi günəş şüalarının su və quma daha çox yansımasıdır. Dəniz suyunun içərisində və suyun kənarında daha yaxşı günəş vannası qəbul edə bilərsiniz.

 

- Yaş artdıqca dəri nəmliyini itirir. Bunu aradan qaldırmağın yolu bolluca su içməkdir. Su içmək həm dərinin nəmliyini artırır, həm də toksinlərin atılmasını təmin etdiyi üçün dəri parlaq, canlı və gənc qalır. Gündə ən azı 2 litr su içməklə günəş vannası effektini uzun müddət saxlamağa nail olarsınız.

 

- İlıq suda duş qəbul edin. Duş qəbul etdikdən sonra cildinizə nəmləndirici krem çəkin. Günəş vannasından sonra dəriyə pilinq etdirmək qəti qadağandır.

 

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018