Hamilələr, mobil telefondan uzaq durun – TÖVSİYƏLƏR

Hamiləlikdə qadının bəzi kiçik detallara diqqət etməsi ana və körpənin sağlığının qorunması üçün olduqca mühümdür. Aile.lent.az hamilələrin diqqət etməli olduqları bəzi detalları təqdim edir.

 

Qrip peyvəndi etdirməlidir

 

Əgər hamiləliyin 14-cü həftəsindən sonrası payız və qış aylarına təsadüf edirsə, qrip peyvəndi vurdurmaq yuxarı tənəffüs yolları infeksiyalarından qorunmaq üçün uyğun bir üsuldur. Qrip peyvəndi canlı virus tərkibli olmadığı üçün hamiləlikdə vurulması ciddi problem yaratmır. Qrip peyvəndi daha riskli olan analarda hamiləliyin ilk 3 ayında da vurula bilər.

 

Alt paltarınız pambıqdan olsun

 

Hamiləlik zamanı geyim seçiminə xüsusi diqqət yetirin. Qarnı və ayaqları sıxan dar geyimlər yerinə bol və rahat geyimlər geyinin. Sintetik, sıx və sərt alt paltarları istifadə etməyin, pambıqlı geyinin. Yüksək dabanlı ayaqqabılar düşmə riski yaratdığı üçün geyinməyin. İşləyən analar da idman ayaqqabısı, ya da babetlər geyinsin.

 

Hamiləlikdə də diş müalicə etdirilə bilər

 

Planlı hamiləlikdən əvvəl diş müayinəsi etdirilməli və bütün diş problemləri həll edilməlidir. Hamiləlik ağzınızda olan çürüklərin daha da irəliləməsinə səbəb olar. Hamiləlikdə diş əti qanması, iltihabı, şişmə və qaşınma kimi sıxıntılar sıx görülür. Bu əlamətlər doğuşdan sonra yoxa çıxır. Hamiləlikdə diş baxımı etdirməmək fikri yanlışdır.

 

Saç boyanız bitki mənşəli olsun

 

Hamilə qaldığınız andan hamiləliyin 12-ci həftəsinə qədər tərkibindəki kimyəvi maddələr dölün inkişafına təsir etdiyi üçün saç boyaları məsləhət görülmür. Bu həftədən sonra da bitki mənşəli olan boyalar istifadə edə bilərsiniz.

 

Mobil telefonunuz baş ucunuzda durmasın

 

Hamiləlik zamanı mobil telefonla uzun müddət danışmamaq, gecə telefonu yaxın yerdə saxlamamaq və güvənlik qapılarından sıx keçməmək məsləhətdir. X-Ray yoxlayıcı alətlərin yerinə klassik yolla üstünüzü yoxlamalarını tələb edin. Tomoqrafiya cihazlarının olduğu yerlərdə işləyən qadınların hamiləlik zamanı başqa yerə sövq edilməsi məsləhətdir.

 

Səyahətiniz 6 saatı ötməsin

 

Hamiləlik zamanı 6 saatdan çox yola çıxmamaq məsləhət görülür. Ayaq damarlarında laxta yaranması, ayaqda şişmələri əngəlləmək üçün mümkünsə saat başı, ya da iki saatdan bir maşından düşüb 15 dəqiqə gəzin. Erkən doğuş yüksək təzyiq, qanama kimi bir probleminiz yoxdursa,təyyarə ilə yol gedə bilərsiniz.

 

 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017