Dünyaya zorla gətirilən körpələr: onların gələcəyi rəqəmlərdən asılıdır?

Məşhur alim Pifaqor deyirdi: “Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir”.

Hər bir insan Tanrının onun alnına yazdığı anda dünyaya gəlir. Bəşər tarixi yarandığı gündən bu belədir, amma son dövrlər müəyyən amillərlə əlaqədar, insanın doğum zamanına kənardan müdaxilə edilməyə başlanılıb. Belə ki, hazırda hamilə qadınlar təbii yolla deyil, qeysəriyyə kəsiyi ilə doğuş etməyə daha çox üstünlük verirlər. Nəticədə ana bətnində olan körpə öz vaxt-vədəsinin çatdığı anda deyil, valideynlərinin, yaxud da həkimin təyin etdiyi zamanda dünyaya gətirilir. Bəs görəsən bu cür müdaxilənin doğulan körpənin gələcək həyatına hansı təsirləri var? Ailem.az bu məsələnin fiziki, psixoloji və astroloji məqamlarına aydınlıq gətirməyə çalışacaq.

 

Ta qədimdən insanlar rəqəmlərə fərqli anlamlar verib, onların xüsusi bir sehrə malik olduğunu sübut etməyə çalışıblar. Rəqəmlərin tək və cüt olmasına münasibətlər ayrı-ayrı xalqlarda fərqlidir. Bariz nümunə kimi, azərbaycanlıların əsasən nəhs rəqəm kimi andıqları 13 rəqəmi bəzi ölkələrdə uğur və sevinc gətirən rəqəm kimi qəbul edilir.

Əvvəllər doğum gününü və onun sağlamlığa, karyeraya, xarakterə təsirini yalnız astroloqlar öyrənirdilər. Lakin sonradan çox ciddi alimlər də doğum tarixinin insanın həyatına təsirini tədqiq etməyə başladılar. Onların nəticələrinə əsasən, artıq çəki, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, allergiyaya meyllik şəxsin doğulduğu aydan asılıdır. Hətta gələcəkdə utancaq və ya nikbin, solaxay olacağımız da bu məqamla əlaqədardır.

 

Maraqlı bir faktı da əlavə edək ki, avstriyalı həkim Şturun xərçəng xəstəliyindən 3 minədək ölüm faktını təhlil etdikdən sonra gəldiyi qənaətə görə, demə, may-avqust aylarında doğulanlarda bu risk xeyli azalır. O cümlədən insanın dünyaya gəldiyi ay boy-buxun və nikbinlik kimi amillərə də təsir göstərir.

 

Astroloq Firudin Qurbansoy bildirir ki, insanın hansı gün dünyaya gəlməsi onun gələcək taleyinə mütləq təsir göstərir: “Fiziki baxımdan belə uşaqlar mütləq kəllədaxili təzyiqlə doğulurlar, o cümlədən əksərən onların gözləri zəif görür. Valideynlər qeysəriyyə kəsiyi ilə övladlarını dünyaya gətirmək istəyirlərsə, yaxşı olar ki, onun doğum tarixini münəccimə hesablatdırsınlar. Əgər valideynlər hesablamayla uğurlu gün seçsələr, onlar uşaqlarının gələcək karyerasının, sağlamlığının, ailə xoşbəxtliyinin daha şanslı olmasına nail ola bilərlər".

 

“Azərbaycanda valideynlərin insan taleyi ilə bağlı hesablamalar üçün müraciət edəcəyi münəccimlər varmı?” sualına astroloq “yox” cavabını verdi: "Hazırda bütün dünyada belə münəccimlər fəaliyyət göstərir. Hindistanda, Yaponiyada, Tibetdə, Çində isə bununla geniş məşğul olurlar. Amma təəssüf ki, hazırda ölkəmizdə nücum elmi ilə məşğul olan alim yoxdur".

 

Dini ekspert Elşad Miri söyləyir ki, insanlar Allahın qoyduğu təbii instiktivlərlə dünyaya gəlir: “Əgər bu təbiiliyə kənardan müdaxilə olunsa, bu, müəyyən fəsadlara səbəb olur. Faktdır ki, cərrahi yolla dünyaya gələn uşaqlarla, təbii yolla doğulan uşaqlar arasında fərq olur. Belə ki, birincilərdə olan bəzi fiziki problemlər, məhz hamilə qadınların qeysəriyyə kəsiyinə üstünlük verməsindən irəli gəlir. O cümlədən analar həm psixoloji, həm də fizioloji zərər görürlər".

 

Bildirək ki, cərrahi müdaxilə ilə körpələrin dünyaya gətirilməsinə, əsasən ciftin ayrılması, çanaq darlığı, anada beyin daxili təzyiqin artması, təkrar qeysəriyyə kəsiyi və sair hallarda icazə verilir. Tibbi ekspertlər məlumat verir ki, qeysəriyyə əməliyyatının ana və körpə üçün bir çox fəsadları var. Belə ki, əməliyyat zamanı tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər. Bundan əlavə körpələrin dölyanı mayedən azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması riski var. Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, bağırsaq mikroflorasının daha çox problemliliyi faktını üzə çıxarıb.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017