Kişilər seks zamanı nələrə diqqət edir?Xanımların nəzərinə!

Düşündüyünüzün əksinə olaraq, kişilər seks zamanı bir çox şeylərə diqqət edir, sizdən onun istədiyini yerini yetirməyi, bəzi addımlar atmağınızı gözləyir. Hər şeyi onun öhdəsinə buraxsanız, istəksiz görünə bilərsiniz. Bu da kişinin motivasiyasına pis təsir edir. Sürpriz sözlərlə onu təəccübləndirin. Aile.lent.az bununla bağlı qadınlara bəzi məqamlar haqqında məlumat verir.

 

Bədən dili

 

Bədənin az hərəkət etməsi kişilərə kifayət qədər həyəcanlı olmadığınızı göstərir. Sağlam bir seks iki insan arasında qarşılıqlı münasibət əsasında olur. Kişiyə zövq aldığınızı göstərin.

 

Baxışlarınızın istiqaməti

 

Seks zamanı tərəf müqabilinizin bədənində aşağıya doğru baxırsınızsa, bu, onunla bağlı bəzi şübhələrinizin olduğunu göstərə bilər. Öz bədəninizə baxırsınızsa, özünüzdən əmin olmadığınızı göstərir. Gözləriniz otağı gəzirsə, bu da seksə marağınız olmadığını bildirir. Buna görə də hara baxmağınıza diqqət edin.

 

Nəfəs alıb-vermək

 

Güclü nəfəs alıb-vermək cinsi arzunuzun zirvəsində olduğunuzu bəlli edir. Lakin bunu tərəf müqabilinizə çox bəlli etməyin. Boşalın və qoyun tərəf müqabilinizin dərisi sizin isti nəfəsinizlə yansın. Ağzınızı qulağına yaxınlaşdırın və ab-havanı alovlandırın.

 

Seksual alt paltarları

 

Seksual alt paltarlarınızla münasibətlərinizi bir az daha həyəcanlandıra bilərsiniz. Bu, tərəf müqabilinizə onu istədiyinizi bildirməyin bir yoludur.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017