Səhərlər seks bir başqadır - FAYDALARI

Cinsəlliyin faydası sağlamlıq baxımından inkar edilməyəcək qədər çoxdur. Bu vaxta qədər seksin sağlamlığa nə qədər faydalı olduğu müxtəlif araşdırmalarla sübut olunub. Səhərlər yaşanan seksin də olduqca müsbət tərəfləri var. Aile.lent.az bilməyənlər üçün səhər seksinin faydalı yönlərini sadalayır.

 

Səhərlər dincəlmiş bədən və zehinlə seksə diqqəti yönəltmək digər saatlara nisbətən daha asandır.

 

Kişilərdə testesteron hormonunun ən çox ifraz edildiyi saat səhər saatlardır.

 

Bundan əlavə səhər saatlarında yaşanan sekslə günə başlamaq cütlüyə xoşbəxtlik hormonu ifraz edilməsində kömək etdiyi üçün bütün günləri xoşbəxt keçir.

 

Həm də səhər seksi sayəsində tərəflər istənildiyi və arzulandığını hiss edir, bu duyğu gün ərzində davamlı yaşanır və həmin istək gün boyu daha da güclənir.

 

Səhər seksi seksin sadəcə axşam saatlarında yaşana biləcəyini düşünən insanların fikrini dəyişir və monotonlaşan cinsi həyata bir rəng qatır. Bu hal maddələr mübadiləsini sürətləndirəcəyi üçün səhər idmanı kimi də qəbul edilə bilər.

 

 

 

 

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017