İdeal seksin yaşı müəyyənləşdi: qadınlar 26, kişilər...

Demək olar ki, hər gün ideal seks haqqında yeni bir araşdırma eşidilir. Bunlardan biri də ideal seksin yaşıdır. Ailem.az bununla bağlı daha bir araşdırmanı təqdim edir.

 

Mütəxəssislər bildirir ki, ideal seks bir çox faktorlarla bağlıdır. Bunların ən əhəmiyyətlisi isə yaşdır. İdeal seks üçün yaş həddinin qadınlarda 26, kişilərdə 32 olduğu deyilir.

 

İdeal seksi təyin edən digər faktorlar:

 

1. İdeal seksə ilk növbədə minimum yaş həddi təsir edir.

 

2. Digər əhəmiyyətli faktor isə bədənin bioloji yaşıdır. Amma diqqət etməli məqam var. Bioloji yaşla bədənin həqiqi yaşını qarışdırmayın. Bədəninizi dəyərləndirdiyiniz yaşla, şəxsiyyət vəsiqəsində yazılan yaşınız fərqli ola bilər. Bədəninizin mövcud durumu rəsmi yaşınızdan daha kiçik və ya daha böyük ola bilər.

 

3. Mütəxəssislər ideal seksə təsir edən digər faktorun psixoloji-iqtisadi amillər olduğunu deyirlər.

 

4. Sonuncu faktor isə tərəf müqabilinizin bioloji xüsusiyyətləridir. Bu xüsusiyyətlərə yaş, hər hansı xəstəliyinin olub-olmaması və ən əhəmiyyətlisi bədən uyğunlaşması daxildir.

 

 

İdeal seksin yaşını araşdıran mütəxəssislər fərdlərin yaşadığı mədəniyyətlərin, dini etiqadların, etik dəyərlərin, ailə ənənələrinin, təhsilin, seksə marağın, məlumatların azlığı və çoxluğunun təyinedici olduğunu vurğulayırlar. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017