Küçədə öpüşərkən yaxalandılar - FOTOLAR

İnsanlar bir-birinə sevgisini müxtəlif üsullarla bildirir. Sevginin bir çox təzahür forması mövcuddur. Gözəl sözlər, əl-ələ tutmaq, qucaqlaşmaq, boynuna sarılmaq, öpüşmək. Sözsüz ki, bir-birini sevən cütlükləri öpüşsüz təsəvvür etmək mümkün deyil. Öpüşmək sevgini bildirməyin ən təbii, gözəl, ehtiraslı, həzz yaşadan yoludur.

 

Bəzən insan sevgisini elə bir anda bildirmək istəyir ki, zaman və məkan onun üçün əhəmiyyətsiz olur. Sevgilin yanında olanda duyğuların bir anda elə alovlanır ki, sən sadəcə onu qucaqlayıb öpmək istəyirsən. Həmin an sevgini onun dodaqlarından dadmaqdan başqa ağlına heç nə gəlmir.

 

Meksikalı fotoqraf Rosendo Ayala Davila da yeni layihəsində bu cür çılğın sevgililəri hədəfə alıb. O, “Məni öp” layihəsində küçələrdə öpüşən cütlükləri fotoaparatının yaddaşına həkk edib. Ailem.az heç bir kompleks yaşamadan küçədə çılğıncasına öpüşən həmin sevgililərin ən maraqlı fotolarını təqdim edir.

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017