Südlü toyuq şorbası - Uşaqların menyusuna

Uşaqların qidalanmasında şorbanın yerini heç bir yemək verə bilməz. Şorbalar uşaqların menyusunda ön sırada durur. Aile.lent.az bu dəfə valideynlərə uşaq şorbasının reseptini təqdim edəcək. Südlü toyuq şorbası 6 aylıq və ondan böyük uşaqlar üçündür.

 

Lazım olan ərzaqlar:


¼ su stəkanı süd 
1,5 çay stəkanı toyuq suyu 
1 desert qaşığı un
1 xörək qaşığı toyuq 
1 kök


 

Hazırlanma qaydası:

 

Bir xörək qaşığı qədər toyuğu bir kiçik köklə bişirin. Toyuq bişəndən sonra didin. Kökü yaxşıca əzin. Ayrı bir qabda 1/4 su stəkanı südlə 1 desert qaşığı unu bişirin. İçinə 1,5 çay stəkanı toyuq suyunu, əzilmiş kökü və toyuğu əlavə edin. Qaynayana qədər qarışdıraraq bişirin.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017