Qadınlar seksdən ona görə soyuyur ki... - SƏBƏBLƏRİ

Araşdırmalara görə, dünyada hər beş insandan birində cinsi istəksizlik müşahidə edilir. Adətən daha çox qadınlar bu problemdən əziyyət çəkir. Cinsəllikdən uzaqlaşma və istəksizlik bir çox səbəblə bağlıdır. Türkiyəli psixoterapevt Rıdvan Üneyin fikrincə, bəzən bu xoşagəlməz hallara fiziki, bəzən də psixoloji problemlər səbəb olur. Ailem.az mütəxəssisin qadınlarda cinsi istəksizliyə dair fikirlərini təqdim edir.

 

Cinsi istəksizliyin əsas səbəblərindən biri psixoterapiya ilə bağlıdır. Cinsi həyat haqqında məlumat çatışmazlığı və ya səhv məlumatlanma qadınlarda cinsi istəksizliyə gətirib çıxarır: “Qadınlar düşünür ki, kişilər hər zaman istəklidir və qadınların cinsi istəyinin olması ayıb hesab edilir. Bu hal isə qadınların kişilərə nisbətən cinsəllikdən daha çox soyumasına gətirib çıxarır. Amerikada aparılan araşdırmalardan birinin nəticəsinə görə, kişilərin 15%-i, qadınların isə 32%-i cinsəllikdən soyuma halları yaşayır. Müsəlman ölkələrində isə qadınlara aid bu faiz daha yüksəkdir”.

 

Cinsəllikdən soyumanın fiziki səbəbləri

 

Şəkər, ürək xəstəliyi, təzyiq problemləri kimi həyatı boyu davam edən xəstəliklər, xərçəng, menopauza, istifadə edilən dərmanlar və hormonal problemlər də cinsi istəksizliyə səbəb olur. Həkimin sözlərinə görə, cinsi istəksizliyin müalicəsi var.

 

R. Üney qadınlarda və kişilərdə cinsəllikdən soyuma səbəblərini bu cür sıralayıb:

 

Qadınlarda cinsi istəksizliyin səbəbləri:

 

1. Cinsi mövzuda məlumatın az olması

2. Cinsi mövzularda istəkli görünərsə, bunun başqa mənalara yozulmasından çəkinmək

3. Aldadılma

4. Ön sevişmə müddətinin az olması

5. Öz bədənini bəyənməmək

6. Orqazm ola bilməmə

7. Depressiya

8. Evlilikdə uyğunlaşmanın olmaması

9. Hamilə qalma qorxusu

10. Kifayət qədər romantiklik yaşaya bilməmə

11. Kişinin qadın cinsəlliyi mövzusunda məlumatsızlığı

12. Cinsi istəkləri mövzusunda özünü ifadə edə bilməməsi

13. Cinsəlliyin başlamasını kişidən gözləmək

14. İlk təcrübənin ürəkaçan nəticə verməməsi

15. Menopauza

16. Masturbasiya etməmə

17. Vaginizm (birləşmənin olmaması)

18. Hamiləlikdə cinsəllik mövzusunda səhv məlumatlanma

19. Əmizdirmə

20. Mənəvi şiddət

21. Fiziki şiddət

22. Günahkarlıq duyğuları

23. Cinsəllikdə həyat yoldaşına itaət etmə

24. Cinsi təcavüz

 

Kişilərdə cinsi istəkdə azalma səbəbləri

 

1. Sərtləşmə problemi

2. Erkən boşalma

3. Evlilik problemləri

4. Ağır və uzun iş saatları

5. Məlumat çatışmazlığı

6. Tərəf müqabilinin istəksizliyi

7. Xəyanət

8. Həyat yoldaşından başqa qadınlarla cinsi münasibət

9. İlk təcrübənin mənfi nəticələnməsi

10. İqtisadi problemlər

11. Depressiya

12. Cinsəllikdə müvəffəqiyyətli ola bilməmə qorxusu

13. Yaşlılıq

14. Gizli homoseksuallıq

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017