Tər qoxusunun qarşısını alan 3 TƏBİİ ÜSUL

Tərləmək sağlamlıqdır. İnsan bədəni toksinləri atmaq üçün tər vəzilərini istifadə edir. Ancaq dezodarantlar, antipresperantlar tər vəzilərini bağlayır. Toksinləri atmaq üçün isə tər vəzilərinin bağlanmaması lazımdır. Əlbəttə tərləyərək ətrafa naxoş qoxular yaymaq da istəməzsiniz. Bunun da qarşısını almağın çox asan yolları var. Ailem.az tər qoxusunun qarşısını almaq üçün bir neçə təbii üsul təqdim edir.

 

Üsul 1.

 

Bunun üçün ehtiyacınız olan tək şey bir neçə damcı limon suyudur. Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limonu qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.

 

Üsul 2.

 

1 sprey şüşəsi

Alma sirkəsi

Su

 

Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq. Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.

 

Üsul 3.

 

Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017