Qoz ləkəsini belə təmizləyin - ÜSULLAR

Qozun yaşıl halını sevənlər, ləzzətinə qarşı dura bilməyənlər qozdan bulaşılan ləkələrə də çarə axtarırlar. Təzə qozun yaşıl qabığında olan maye elə təsirlidir ki, əllərimizdə, geyimlərimizdə və ya əşyalarımızda dərin ləkələr buraxır.

 

Günlərlə çıxmayan bu ləkələrə görə əşyalarımızı atmayacağımız, yaşıl qoz yeməkdən əl çəkməyəcəyimiz təqdirdə gözəl nəticə verən ləkə təmizləmə üsullarını öyrənməkdə fayda var. Aile.lent.az onlardan bəzilərini təqdim edir.

 

 

Ələ bulaşan qoz ləkəsini necə təmizləmək olar?

 

Əllərdə qurumuş qoz ləkəsi olanda ilk ağıla gələn sirkədir. Əvvəlcə iki stəkan suyun içinə iki qaşıq sirkə əlavə edin və qarışdırın. Ardından əlinizi bu qarışımın içinə salıb bir müddət gözləyin. Sirkəli su əllərdəki ləkələri təmizləyəcək. Sonra əllərinizi bol sabunlu ilıq su ilə yuyun. Əllərinizi sirkəli suya qoymaq yerinə pambığı sirkəyə əlavə edərək də əllərinizdəki ləkələri silə bilərsiniz.

 

Ləkə çox tündləşibsə, əvvəlcə əlinizi palçıq və gillə yuyun, daha sonra sirkəli su üsulunu tətbiq edin. Gil və palçıq sayəsində ləkələr yumşalacaq.

 

Əlinizdəki qoz ləkəsini təmizləməyin bir digər yolu isə limondan faydalanmaqdır. Əvvəlcə əllərinizi ilıq bir sabunla yuyun. Daha sonra ləkələrinizə limon suyu sürtün. Limonun tərkibindəki asit ləkələrin yavaş-yavaş təmizlənməsinə yardımçı olacaq.

Ləkələr tam yox olana qədər bu prosesi təkrarlayın. Sonra zeytun yağı ilə əllərinizi masaj edin.

 

 

Geyimlərə bulaşan qoz ləkəsi

 

Əvvəlcə geyiminizi soyuq suda durulayın. Duruladıqdan sonra geyiminizdə olan ləkənin üzərinə iki, ya da 3 çay qaşığı yuyucu toz əlavə edin. Ardından üzərinə 4 damcı sirkə əlavə edin. Yaxşıca ovalayın. Geyiminizin korlanma riski yoxdursa, sərt bir əşya ilə qaşıyaraq da çıxara bilərsiniz. Sonra ləkəli bölgənin üzərinə kağız salfet qoyub 10 dəqiqə gözləyin. Ardınca tamamını durulaya bilərsiniz.

 

Ləkəli bölgəni oksigenli su ilə nəmləndirib bir az gözləyin. Geyimin zərər görüb görməyəcəyini əvvəlcə balaca bir hissəsində yoxlayın.  

 

Ləkəni təmizləməyin bir digər yolu isə 1 çay qaşığı ağardıcı və 1 yemək qaşığı suyu ləkənin üzərinə sürtün. Yunlu, ipək, sintetik geyimlərinizdə xlor tərkibli ağardıcı məhsullar istifadə etməyin. Ağardıcını tətbiq etdikdən sonra sirkəli suya batırılmış təmiz bir parça ilə ləkəli bölgəni yenidən silin. Sonra bol su ilə yuyun.

 

 

Xalçalardakı qoz ləkəsi necə çıxar?

 

Sirkəli qarışımla silib bol su ilə durulayın.

 

LENT

28 Aprel 2017
27 Aprel 2017
26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017