Qarpız kokteyli - RESEPT

Ailem.az kokteyl sevənlər üçün yeni resept təqdim edir - qarpız kokteyli. Qarpız mövsümü olduğunu nəzərə alsaq, dadına baxmağa dəyər.

 

Lazım olan ərzaqlar:

 

4 böyük dilim qarpız

 

1 stəkan qarpız suyu

 

1 stəkan Hindistan qozu və ya şaftalı likörü

 

Qarpız məti

 

Şəkər tozu

 

Xırda qarpız dilimləri

 

Təzə nanə

 

Hazırlanma qaydası:

 

Bir gecə əvvəldən 2 dilim qarpızı kub şəklində doğrayın, ağzı qapaqlı qabda buzluğa qoyun. Digər iki qarpız dilimini blendrda çəkin, nazik süzgəcdən süzün, suyunu və mətini  ayırın. Qədəhlərin ağzı yerləşə biləcək böyüklükdə iki kasa götürün. Kasanın birinə qarpızın mətini, digərinə şəkər tozunu tökün. Qədəhləri əvvəl qarpızın mətinə batırıb, bir-iki dəfə çevirin. Sonra eyni formada şəkər tozuna batırıb, buzluğa qoyun.

 

Gecə buzluğa qoyduğunuz qarpız dilimlərini likörlə birlikdə blendrdan çəkin. Qarpız suyunu da töküb təkrar blendrdan keçirin. Kokteyl hazırdır.

 

Buzluğa qoyduğunuz qədəhləri kənarlarına toxunmayacaq şəkildə kokteyllə doldurun, xırda qarpız dilimi və təzə nanə ilə bəzəyib servis edin.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017