Doğuşdan sonra seks: təhlükə, yoxsa həzz?

Doğuş qadın həyatının dönüş nöqtələrindən biridir. Uşaq dünyaya gətirdikdən sonra yaşayacağınız fiziki, mənəvi dəyişikliklər intim həyatınızdan da təsirsiz ötüşməyəcək. Bəs doğuşdan sonra intim həyatda hər şey əvvəl olduğu kimi olacaq, yoxsa..? Aile.lent.az bununla bağlı bəzi bilgiləri təqdim edir

 

İlk həftələrdə seksə qarşı istəksizlik yaşayırsınız?

 

Doğuşdan sonra seks istəyi müəyyən müddət azala bilər. Bu, əsasən, qadının psixoloji halıyla bağlı olur. Seks istəyi 12-ci həftədən sonra əvvəlki vəziyyətinə dönür. Əslində doğuşun ilk həftələrində müvəqqəti yaranan ağrılar kəsilənə kimi bir-birinizdən uzaq durmağınız daha məsləhətlidir. Əks halda ağrılarınız arta bilər. Belə halda həkim məsləhətilə müəyyən mazlardan istifadə edə bilərsiniz.

 

Mütəxəssislərin sözlərinə görə, cütlüklər doğuşdan sonrakı 3 ay ərzində ehtiyatlı davranmalı, intim həyatı mümkün qədər az yaşamalıdırlar. Amma aranızda seks olmasa belə, bunu problemə çevirmədən, sadəcə gözləyin. Həyat yoldaşınızla aranızda olan hiss bağlılığını itirməməyə çalışın. Bu, müvəqqəti problemdir. Ona hər şeyi izah edin və inanın, həyat yoldaşınız bunu normal qəbul edəcək.

 

Döş və seks

 

Yataqda aktiv pozalardan imtina edin. Əgər körpənizə ana südü verirsinizsə, seksdən əvvəl uşağınızı əmizdirin. Südün axması seksual istəyinizi zəiflədə bilər.

 

Qorunma

 

Yeni ana olan xanımlara qorunmaq məsləhət görülür. Çünki yeni ana olmanız hamilə qalmaq ehtimalını azaltmır. Fasiləsiz doğuşun isə orqanizmə böyük ziyanı var. Qeysəriyyə əməliyyatı keçirən qadınlar isə daha diqqətli olmalıdırlar. Normal tikiş yerlərinin bərpa müddəti 7-15 gün arasıdır. Ağır əməliyyatlar keçirən qadınlar isə daha uzun müddət – 3-10 həftə müddətində intim həyatdan imtina etməlidirlər.

 

Yeni ata olmuş kişilər, diqqətli olun!

 

Təbii ki, yeni doğulmuş körpəniz sizinlə eyni otaqda yatacaq. Seks zamanı onu başqa otağa keçirə və ya özünüz başqa otağa keçə bilərsiniz. Körpənin oyaq olması məsləhət deyil. Sizə manə ola bilər. Aparılan təcrübələr göstərir ki, doğuşdan sonra cütlüklər arasında cinsi istəyin azalmasının əsas səbəblərindən biri yuxusuzluq problemidir.

İlk günlər bərabərlik yaşaya bilməsəniz də, birlikdə vaxt keçirməyə, xanımıza mənəvi dəstək olmağa çalışın. Körpənin doğumunun əvvəlki intim münasibətlərinizə təsir edəcəyini düşünürsünüzsə, xanımızla bu barədə bölüşün. Çünki o da sizinlə eyni fikirdə ola və bunu dilə gətirməyə utana bilər.

 

 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017