Sevgilinizi düzgün seçmisiniz? - 5 İŞARƏ

Qarşınızdakı insana ürəklə “sevgilim” deyə bilmirsinizsə, deməli, münasibətləriniz siz istəyən deyil. Daha doğrusu, axtardığınız adam o deyil. Bunu anlamağın bir neçə yolu var. Ailem.az qarşınızdakının arzuladığınız insan olub-olmadığını anlamağınıza kömək edən 5 işarəni təqdim edir.

 

1. Gərgin anlarında istəmədiyiniz birinə çevrilirsə

 

"Birinin əsl üzünü onu əsəbiləşdirdikdə görmək olar" sözü əbəs yerə deyilməyib. Gərgin anlarda qarşınızdakının rəftarını yaxşı müşahidə edin. Misal üçün, yolda maşınla gedərkən təkər partlayır. Necə davranır? Stress və əsəblə qışqırıb bağırır, yoxsa sakitliyini qoruyub problemi həll etməyə çalışır? Əgər onunla olduqda hər hansı problemin yaranacağından qorxursunuzsa və “aman, heç bir bir problem olmasın, başımız ağrımasın", - deyirsinizsə, bu münasibəti davam etdirməsəniz yaxşıdır. Çünki münasibəti davam etdirdikcə başınızın daha çox ağrıyacağını unutmayın. Ondan qaçaraq uzaqlaşın.

 

2. Onunla birlikdə olmaqdan sıxılırsınızsa

 

Deyə bilərsiniz ki, bir adamdan sıxılırıqsa, hər halda onunla nə işimiz var?! Söhbət 7/24 darıxmaqdan getmir. Onunla tək qaldığınız anlarda nə hiss etdiyiniz vacibdir. Davamlı olaraq dostlarınızın da sizinlə birlikdə olmasını istəyirsiniz? Onunla birlikdə olduqda əslində başqa bir yerdə olmağı arzulayırsınız? Əgər belədirsə, deməli, qarşınızdakı insan sizə görə biri deyil. Ona görə də bunu anlamaq üçün mütləq bir neçə dəfə ikiniz birlikdə uzun zaman keçirin. İkiniz bir yerdə olanda saatı sayırsınızsa, başqa yerdə olmaq istəyirsinizsə və ya bir an əvvəl evinizə dönmək istəyirsinizsə, GERİ QAYIDIN!

 

3. Oxşar dəyərlərə sahib deyilsinizsə

 

Oxşar fikirlərə sahib olmaq məcburiyyətində deyilsiniz. Tamamilə zidd görüşlərdə belə olsanız, məntiqli müzakirələr edə bilirsinizsə, rahat bir şəkildə səhv başa düşülməkdən qorxmadan fikirlərinizi açıqlayırsınızsa, uşaq böyütmək mövzusunda düşüncələriniz oxşardırsa, dostlarınız mövzusunda eyni nöqtələrdə dayanırsınızsa, qarşınızdakı insan sizə uyğundur. Yox, əgər müzakirə etmək sevməkdən daha çətindirsə, onunla münasibəti olduğu yerdə saxlayın.

 

4. Gülməkdən daha çox ağlayırsınızsa

 

Gözünüzün yaşı davamlı olaraq gözlərinizdəki sevincdən çoxdursa, o adam sizə uyğun biri deyil. Kiminlə gülürsünüzsə, kiminlə xoşbəxtsinizsə, kimin yanında özünüzü rahat hiss edirsinizsə, onunla birlikdə olun. Əks təqdirdə, daim gözlərdə yaşla həyat rahat olmaz. Həyatınızı elə insanla qurun ki, 70 yaşına çatdıqda gözlərinizin ətrafı ağlamaqdan deyil, gülməkdən qırışmış olsun.

 

5. İnkişaf etmirsə və ya inkişafınıza dəstək olmursa

 

Sözsüz ki, heç kim mükəmməl deyil. O da mükəmməl deyil, siz də. Hamımız həyatımızda, işimizdə və münasibətlərimizdə bir çox səhvlər edirik. İndiki vəziyyətə gəlməyimizdə də səhvlərimiz, tənqidlər böyük rol oynayıb. Lakin onunla münasibətə başladığınız vaxtdan indiyədək özünü yaxşı istiqamətdə inkişaf etdirmirsə, ruhən, romantik, fiziki və maliyyə baxımından daha yaxşı olmaq meylində deyilsə, üstəlik, sizin özünüzü inkişaf etdirməniz mövzusunda da dəstək vermək əvəzinə mane olursa, daim sizə yüklənmiş kimi davranırsa, düzgün insanı seçməmisiniz. 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017