Orxideya gülünə belə qulluq edin - DÜZGÜN QAYDALARI

Evinizə gözəllik qatan orxideyalarınıza necə qulluq etməlisiniz? Aile.lent.az orxideya gülünə düzgün qulluq qaydalarını təqdim edir.

 

Əvvəlcə orxideyalara uyğun köklərinin də işıq ala biləcəyi şəffaf saxsı bir qab seçin.

Orxideyalar həftədə iki dəfə sulanmalıdır. Təmiz, ilıq və bir stəkan ölçüsündə su orxideya üçün idealdır. Yenə həftədə bir, ya iki dəfə orxideyanın yarpaqlarına su püskürtmək də çiçəyin ehtiyacını qarşılamasına yardım edər. Sulamaq üçün saf su qaynağından istifadə edin.

 

Orxideyanın nəmi azaldığında çiçəklərini itirməmək üçün özünü müdafiəyə başlayar və çiçək çıxarmazlar. Buna görə orxideyalar 40-70% arası nəmliyi olan məkanlarda saxlanmalıdır.

 

Təbiətdə yetişən orxideyalar 8-10 dərəcəlik gecə-gündüz istilik fərqində yaşayarlar. Buna görə gecə və gündüz istiliyi nizamlı olmalıdır.

 

Orxideyanın yarpaqları çəmən yaşılı tonlarında olmalıdır. Əgər çox tünddürsə, deməli, yetəri qədər işıq almayıb.

 

Orxideyanın əkildiyi saxsı qabın altında 4-5 ədəd fındıq ölçüsündə deşiyin olması lazımdır.

 

Orxideyanın çiçəkləri töküldükdən sonra yenidən çiçəklənməsi üçün budamaq lazımdır. Əgər çiçək sapı sarı, ya da qəhvəyi rəngə dönübsə, demək quruyub. Yenidən çiçək sapı buraxması bir az zaman alacaq.

 

Hər iki ildən bir orxideyanın torpağını dəyişdirin. 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017