Geyimlərinizi ilk günkü kimi saxlamaq üçün 15 ÜSUL

Geyimlərinizin qarderob ömürlərini uzatmaq əslində düşündüyünüzdən daha asan və ucuz başa gəlir. Geyimləriniz dəbdən düşdükdə, köhnəldikdə, söküldükdə yeni paltarlar almaqdansa, yaradıcı təxəyyülünüzü işə salın. Hər kəs ləkələnmiş və ya zədələnən paltarlarını təmizləməyin yollarını axtarar. İstər ləkələnmiş gözəl koftanızı təmizləmək, istər sökülən şalvarınızı həyata qaytarmaq olsun, artıq sizin əlinizdədir. Ailem.az sevdiyiniz geyimlərin təzə görünməsini təmin dən 15 üsulla sizi tanış edir.

 

1. Pambıq geyimlərdəki qırmızı şərab ləkəsini təmizləyin

 

Hamımızın başına gəlib: toyda, qonaqlıqda və ya dostlarla əylənərkən koftamıza şərab ləkəsi düşür. Onu zibil yeşiyinə atmaq yerinə, bir az kağız dəsmal və soda istifadə edərək ləkədən təmizləyə və bərpa edə bilərsiniz.

 

2. Yuyucu toz ləkələrinin izini itirmək üçün marker istifadə edin

 

Yuyucu toz ləkələri bərbaddır, geri dönüşü yoxdur. Bunları aradan qaldırmaq üçün paltarınız üzərində uyğun rəngdə marker istifadə edə bilərsiniz.

 

3. Yeni şalvarı yoxlayın

 

Şalvarın bel hissəsini boynunuza dolayaraq bədən ölçünüzüə uyğun olub-olmadığını yoxlaya bilərsiniz. Şalvar belinin ucları, başınızın arxasında bir-birinə çatmazsa, demək, şalvar sizə çox kiçikdir.

 

4. Sökülən şalvarları atmaq əvəzinə daha da canlandırın

 

Sökülən şalvarın altından lasin və ya neylon corab geyinərək yenidən istifadə edə bilərsiniz. Tərzinizi daha da cazibədar etmək və şalvarı vurğulamaq üçün vəhşi dizaynlı bir cins seçin.

 

5. Qoltuqaltı ləkələrini aparmaq üçün limon suyu 

 

Köynəyiniz, don və ya koftanızın qoltuqaltlarını yumazdan əvvəl bir az limon suyu damladaraq paltarlarınızı bərpa edə bilərsiniz.

 

6. Qatı antipresperant ləkələrindən xilas olmaq üçün yaş bez 

 

Ən sevdiyiniz koftanızı yuyucu maşına atmaq yerinə, ləkələrini yaş salfetka ilə təmizləyə bilərsiniz. Bir neçə sadə üsulla koftanız yeni görünəcək.

 

7. Bir az dırnaq boyası ilə düymələrin yerini sabitləşdirin

 

Min dəfə tiksəniz də, bəzi düymələr yerlərində durmurlar. Düyməni yenidən tikdikdən sonra, bir az şəffaf dırnaq boyası çəkərək sabit qalmasını təmin edə bilərsiniz.

 

8. Qırmızı pomada ləkələrindən xilas olun

 

Üzərinə saç spreyi sıxın, bir az saxlayın, yüngülcə ovalayın və paltaryuyan maşına atın. Paltarlarınız əvvəlkindən daha yeni olacaq.

 

9. Dəri üzərindəki ləkələri çıxarın

 

Çəkmələrinizi fırçaladıqdan sonra sabun və isti su ilə silin. Sonra bərabər miqdarda su və sirkə ilə hazırladığınız qarışığı ülgüclə çəkmələrinizin üzərinə sıxın. Çəkmələri quru bir bezlə sildikdən sonra bir az yumşaldıcı çəkin və su keçirməz bir qarışıq sıxın.

 

10. Geyimləri ülgüclə yeniləyin

 

Tiftiklənmiş geyimləri bir küncə atmayın. Sadəcə olaraq həmin geyimi yuyun və əlinizə bir ülgüc alaraq, tiftiklənmiş düyünləri təmizləyin (sanki tükləri qırxırsınız). 

 

11. Çəkmə geyindikdə şalvarınızı doğru qatlayın

 

Ən sevdiyiniz çəkmənizi istədiyiniz şalvarla geyinə bilmirsiniz. Çünki şalvarın ayağı çəkmənin üzərini örtür və onun gözəlliyini itirir. Elə isə şalvarın ayağını çəkmənin içinə salmaqdansa, qatlayın. Beləcə, həm də dəbli görünəcəksiniz.

 

12. Köynəyinizin yaxasını ütüləmək üçün saçdüzləşdirici fendən istifadə edin

 

Ən yaxşı şəkildə görünmək istədiyiniz vaxt qırışan köynək yaxası sizi həvəsdən salmasın. Saçdüzləşdirici fenin ağzını yaxşıca yuyun, qurudun və isidərək köynəyin yaxasını ütüləyin.

 

13. Pencək və digər üst geyimlərdəki pis qoxudan azad olun

 

Təmiz bir sprey şüşəsi götürün və bir şüşə arağa üç damcı esensiya yağı, bir az ilıq su əlavə edərək qarışdırın. Bu qarışığı pis qoxu gələn pencək və ya digər üst geyimlərinizə sıxın.

 

14. Nəmləndirici ilə dəri ayaqqabılarınızı yeniləyin

 

Dəri ayaqqabılarınızın dərisini dəyişməkdənsə, evdə istifadə etdiyiniz nəmləndirici kremi ayaqqabının üzərinə sürtün. Yeniymiş kimi parlayacaq. 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018