Qırmızı bibər turşusunun HAZIRLANMA QAYDASI

Turşu hazırlayıb qışa saxlamağın ən gözəl mövsümü yaydır. Aile.lent.az bibər turşusunun hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi:


2 kq qırmızı bibər
2 baş sarımsaq
2 dəstə cəfəri
1 su stəkanı sirkə
1 çay stəkanı limon suyu
1 çay stəkanı bitki yağı
Kifayət edəcək qədər duz



Hazırlanması:


Qırmızı bibərləri bol suda yuyaraq qurudun. Sobada bir az saxlayın ki, qabıqlarını rahat soya biləsiniz. Bibərləri uzununa iki bərabər hissəyə bölüb, tumlarını çıxarın. Sonra iri-iri doğrayın.
Sarımsaqların qabıqlarını soyun və xırda-xırda doğrayın. Cəfəriləri də eləcə. Ayrı bir qaba sirkəni, limon suyunu və turşu duzunu qatın. Duz əriyənə qədər qarışdırın.
Duru yağı da əlavə edərək qabın içinə tökün və ağzını bağlayın.

Qeyd: Turşunu qışa qədər saxlayacaqsınızsa, soyuducuya qoyun.

Nuş olsun!

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017