Ərikli keks RESEPTİ

Ailem.az şirniyyat sevənlər üçün asan hazırlanan ərikli keks reseptini təqdim edir.

 

Lazım olan ərzaqlar:

 

2,5 stəkan un

 

1 stəkan şəkər tozu

 

1 stəkan duru yağ

 

2 ədəd yumurta

 

3 dolu yemək qaşığı qatıq

 

1 paket qabartma tozu

 

1 paket vanil

 

1 ədəd limonun rəndəsi

 

1 desert qaşığı limon suyu

 

500 qram qırmızı ərik

 

1 yemək qaşığı xaşxaş

 

Pudra şəkəri

 

 

Hazırlanma qaydası:

 

Yumurta və şəkər tozunu bəmbəyaz bir rəng alana qədər çırpın. Duru yağ, qatıq və limon suyu əlavə edin. Un, qabartma tozu, limon rəndəsi və vanili qarışdırın, birlikdə ələyin. Bu qarışımı yavaş-yavaş duru qarışımın içinə tökün. Qarışdırın. Qatı bir keks xəmiri olacaq. 25 sm-lik qabı yağlayın. Xəmiri içinə tökün, üzərinə dilimlənmiş ərikləri sırayla düzün. Xaşxaşı da üzərinə səpin. 175 dərəcədə sobada bişirin.

 

Sobadan çıxarandan sonra soyumasını  gözləyin və üzərinə pudra şəkəri səpin.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017