Bu qidalar cinsi həyatı məhv edirUZAQ DURUN

Cinsi həyatınız arzuladığınız kimi deyilsə, səbəb yediyiniz qidalar ola bilər. Aiile.lent.az seks həyatını öldürən qidalarla sizi tanış edir.

 

Monosodium glutamat

 

Paketli yeməklərdə olan MSG adı ilə tanınan monosodium glutamat, yeməklərə ləzzət vermək məqsədilə əlavə olunur. Ancaq baş ağrısından depressiyaya və libidonun aşağı düşməsinə qədər bir çox zərəri olduğu da deyilir.

 

Qəhvə

 

Davamlı qəhvə içmək vaxt keçdikcə böyrəküstü vəzilərin fəaliyyətini təlatümə uğradar. Bu səbəbdən də seks hormonları da daxil olmaqla bəzi hormonlar kifayət qədər istehsal edilmir.

 

Qazlı içkilər

 

Aparılan araşdırmalardan biri sübut edib ki, qazlı içkilər depressiya səbəb olur. Depressiya isə libidonun böyük düşmənlərindən biridir.

 

Pendir

 

Bir çox pendir antibiotiklərlə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddindən artıq yeyildikdə vaxt keçdikcə hormon pozuntularına səbəb olur. Nəticədə isə cinsi funksiya pozuqluğu müşahidə edilə bilər. Aldığınız pendirin antibiotik müalicəsi görməmiş inəklərin südündən olduğundan əmin olun və etibarlı markaları seçin.

 

Süni dadlandırıcılar

 

Aspartam kimi süni dadlandırıcılar xoşbəxtlik hormonu olan serotoninin ifrazına mane olur. Çox süni dadlandırıcı ehtiva edən yeməklər və içkilər libidoya mənfi təsir edir.

 

Konservləşdirilmiş şorbalar

 

İçərisində bol miqdarda qoruyucu saxlayan konservləşdirilmiş şorbalar yüksək qan təzyiqinə səbəb olur. Bu səbəbdən də cinsi orqanlar kimi, bədənin də müəyyən hissələrinə qan axını azala bilər və nəticədə ereksiya problemlərinə gətirib çıxarar.

 

Kartof çipsi

 

Ümumiyyətlə, kartof çipslərinin hazırlanmasında ucuz və keyfiyyətsiz yağlardan istifadə edilir. Bu yağlar bədəndə libidonun düşməsi və eyni zamanda bir çox mənfi hallara səbəb olur. Həmçinin, hormon pozuntusuna səbəb olaraq seks hormonlarının da istehsalına mənfi təsir edir.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017