Evi yeniləmək üçün pula gərək yoxdu - Sadə dekor təklifləri

Evinizi başdan ayağadək yeniləməyin iki ucuz yolu var: atmayın, qiymətləndirin. Budur, Ailem.az ən ucuz dekorasiya təklifləri təqdim edir.

 

- Köhnə nərdivanlarınızı çox yer tutduğu üçün atmayın. Hər pilləsinə uzundan qısaya doğru taxtalar qoyun. Kiçik toxunuşlarla ayaqqabı rəfi hazırlamaq bu qədər sadədir

 

- Taxta yeşiklərin ev dekorasiyasındakı əhəmiyyətini bu xəbərdən anlayacaqsınız. Yeşikləri istədiyiniz formada bir araya gətirərək jurnal stolu hazırlaya bilərsiniz. Ayaqlarına təkər taxmaq işlərinizi asanlaşdıracaq.

 

- Jurnal stolu üçün daha bir ideya. Uzun və düz taxtalar toplayın, onları təmizləyin. Bir-birinə stol formasında birləşdirərək üzərinə şüşə qoyun.

 

- Bir taxta parçası və bir neçə metr ip götürün. Unudulmaz anlarınızı əks etdirən fotolarınızı iplərdən asın.

 

- İstifadə etdiyiniz şüşə butulkaları atmayın. Bu şüşələri rəngləyərək maraqlı vazalar əldə edin.

 

- Köhnə bir qapınız var və hələ atmamasınız. Onu divarınızda möcüzə bir dekorasiya vasitəsinə çevirə bilərsiniz. Ailə fotolarınızı onun içərisinə yerləşdirin.

 

- Mebelləriniz köhnədir deyə atmayın. Krujeva və boya vasitəsilə onları yeniləyin.

 

- Kiçik taxta parçalarından möcüzəvi bir divar bəzəyi edə bilərsiniz.

 

- Divarlarınızı tablolarla bəzəmək istəyirsinizsə, öz tablonuzu özünüz yaradın. Boş bir kağız üzərinə yarpaqları yerləşdirin və boyayın.

 

- Köhnə şüşə stəkan və badələrinizi şəkildəki kimi bəzəyərək şamdan edə bilərsiniz.

 

- Yenə qurumuş ağac budaqlarından dekorasiya vasitəsi hazırlayın. Ağac budaqlarını stəkan və ya badənin ətrafına yerləşdirərək içərisinə şam qoyun. Gözəl işıqlanma effekti yaranacaq.

 

- Evin divarlarını xatirə şəkillərinizlə bəzəyin.

 

- Bir neçə mismar, bir az ip və fotolar... Xatirə guşəsi yaradacaqsınız. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018