Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR

Aparılan araşdırma zamanı 4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb. Aile.lent.az həmin maraqlı cavabları təqdim edir.

 

Uşaqların dünyasında sevgi nədir?

 

Rebeka (6 yaş) - Mənim nənəm xəstələnəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına “lak” çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə özü edirdi. Bu, sevgidir.

 

Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

 

Krissi (6 yaş) - Sevgi - yeməyə gedəndə qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

 

Terri (4 yaş) - Sevgi – yorulanda belə, səni gülməyə məcbur edən yeganə şeydir.

 

Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

 

Emili (8 yaş) - Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

 

Noel (7 yaş) - Sevgi –  bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

 

Kris (7 yaş) - Sevgi - anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

 

Meri Enn (4 yaş) - Sevgi – itini bütün günü evdə yalnız buraxsan da, yenə də gəlib qarşında oturmasıdır.

 

Cesika (8 yaş) - Əgər sən sevmirsənsə, “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə bunu unudurlar.

 

 

LENT

25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017