Elnarə Xəlilovadan xanımlara XÜSUSİ RESEPT

Ailem.az müğənni Elnarə Xəlilovanın keks reseptini təqdim edir. Tərkibində kök olan maraqlı şirniyyat reseptini sınaqdan keçirməyə dəyər.

 

Köklü keks üçün lazım olan ərzaqlar:

 

3 stəkan un

1 stəkan süd

1 stəkan duru yağ

1 stəkan sürtkəcdən keçirilmiş kök

1 stəkan xırdalanmış qoz

1 paket qabartma tozu

1 çay qaşığı darçın

 

Hazırlanma qaydası:

 

Keks üçün lazım olan bütün ərzaqlar bir yerdə qarışdırılır. Alınan kütlə qaba yerləşdirilərək sobaya verilir. Keks 160 dərəcə istilikdə, saat yarım müddətində və sobanın ağzı açılmamaq şərtilə üstü qızaranadək bişirilir.

 

Nuş olsun! 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017