Qadınların nəzərinə: Kişini özünə aşiq etməyin 13 YOLU

Demək olar ki, hər qadının platonik bir eşq təcrübəsi var. Lakin platonik eşqlər həmişə acı sonluqla bitmək məcburiyyətində deyil. İstəsəniz, xarakterinizi dəyişmədən bir kişini özünüzə aşiq edə bilərsiniz. Aile.lent.az bunun yollarını təqdim edir.

 

Açıq olun

 

Birinin həyatınıza girməsini istəyirsinizsə, əvvəl qapının açıq olduğundan əmin olmalısınız. Aşiq etmək üçün qarşınızdakı adama bütün tərəflərinizi göstərməlisiniz. Xüsusilə ona qarşı hisslərinizi ortaya qoymalısınız.

 

Nəzakətli olun

 

Nəzakət mərhəmət göstəricisidir və mərhəmət sizi cazibədar edəcək. Birinin sizdən xoşu gəlməyini istəyirsinizsə, nəzakətli olun. Lakin dost və sevgili olmaq istədiyinizi müəyyən etməlisiniz. Əks təqdirdə səhv başa düşülər.

 

Hazır olun

 

Əgər münasibətə hazır deyilsinizsə, əsla birini özünüzə aşiq etməyə çalışmayın. Bu şəkildə həm özünüzü, həm onu ​​xəyal qırıqlığına uğradarsınız.

 

Həyatınızda heç kimin olmadığını bəlli edin

 

Bəzən kişilərin sizdən xoşu gəlsə də, rədd edilmə qorxusu yaşayırlar. Bunun bir çatışmazlıq olmadığını bəlli edərək, sevgilinizin olmadığını hiss etdirin.

 

Göz-gözə gəlin

 

Yalnız baxışaraq çox şey izah edilə bilər. Gözəl söz var: gözlər qəlbin aynasıdır. Əgər aşiqsinizsə, gözlərinizlə qarşı tərəfə mesajlar göndərin.

 

Toxunmaqdan qorxmayın

 

Toxunmaq sevgini göstərməyin ən təsirli üsullarından biridir. Zaman-zaman çox şişirtmədən əllərinizdən istifadə edin. Məsələn, danışdığınız vaxt onun qoluna toxunun. Çox yapışqan görünməkdən çəkinin.

 

Kompliment deyin

 

Ona yaxşı göründüyünü, gözəl ətri olduğunu deyin. Əgər baxımlı kişidirsə, bunu anladığınızı bəlli edin. Kişilərin də komplimentdən xoşu gəlir.

 

Gülümsəyin

 

Gülümsəmək səmimiyyətin göstəricisidir. Rədd edilmə qorxusunu azaldar. Gülümsəyərək, göz-gözə gəlməyə çalışın.

 

Sizdən gözəl iy gəlsin

 

Fərqli qoxular beyində fərqli hormonlara təsir edir. Gözəl qoxu aşiq olduğunuz adamın beynində sizin haqqınızda gözəl hisslər yaradar. Kişilər təbiət baxımından bir ovçudurlar. Sizdən gözəl iyi gəlsə, ona maraqlı gələcəksiniz.

 

Baxımlı olun

 

Baxımlı olmaq hər gün dikdaban ayaqqabı geyinmək, bərbərə getmək, bahalı ləl-cəvahiratlar taxmaq, ağır makiyaj etmək demək deyil. Təmiz və ütülü geyinin, saçlarınız hər zaman təmiz və düzgün olsun, gözəl qoxsun. Başqasını özünüzə aşiq etmək istəyirsinizsə, əvvəl siz özünüzə aşiq olun.

 

Ortaq maraq sahələri tapın

 

Onun bütün hobbiləri ilə siz də maraqlanmaq məcburiyyətində deyilsiniz. Ancaq sizə aşiq olmasını istəyirsinizsə, bir neçə ortaq maraq sahənizi kəşf edin. Ən azından onun etdiyi şeyləri sevib sevmədiyinizi sınayaraq öyrənin. Mütləq fərqinə varacaq.

 

Çarəsiz görünməyin

 

Bütün bu addımları izləyərkən olduqca diqqətli olmalısınız. Hər hansı birini şişirtsəniz, çarəsiz və ya yapışqan biri kimi görünə bilərsiniz. Kişilər belə qadınları cazibədar hesab etmirlər.

 

Dürüst davranın

 

Duyğularınız olan adama bunları qabartmadan bəlli edin. Çünki gec və ya tez anlayacaq. Doğru zamanı gözləyin və duyğularınızı açıqca ifadə edin. Könül məsələləri mövzusunda dürüstlük ən təsirli silahdır.

LENT

25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017