Qadınların diqqətinə: Bu vasitələr hamiləlikdən qorumur

Arzuedilməz hamiləlikdən qorunmaq üçün qadınlar bəzən müxtəlif "dədə-baba" üsullarından istifadə edir.

 

Təəssüf ki, əksər hallarda bu üsullar hamiləlikdən qorumur. Digər tərəfdən bu üsulların tətbiqi qadın sağlamlığına ciddi ziyan vura bilər. Bu "üsullar" arasında:

 

- Cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun su ilə dərin yuyulması. Bu vasitənin istifadəsi tam effektsizdir. Məsələ burasındadır ki, spermatozidlərin bir qismi cinsi əlaqədən bir neçə saniyə sonra uşaqlıq boynuna çatır. Həmçinin uşaqlıq yolunun dərin yuyulması ziyanlı sayılır. Uşaqlıq yolu özü özünü təmizləmək qabiliyyətinə malikdir. Belə dərin yuyunma uşaqlıq yolunun normal mikroflorasını pozur ki, bu da uşaqlıq yolunun mikroblara və infeksiyalara qarşı davamlılığını azaldır. Nəticədə qadında cinsiyyət sistemi iltihabların və infeksiyaların riski artır.

 

- Cinsi əlaqədən sonra uşaqlıq yolunun limon, soda və ya sirkə əlavə olunmuş su ilə yuyulması. Bu üsul da həm lazım olan effekti vermir, həm də uşaqlıq yolunun mikroflorasını pozur.

 

- Marqans əlavə olunmuş su ilə yuyunma. Bu üsulun tətbiqi uşaqlıq yolunun selikli qişasını yandıra bilər.

 

- Uşaqlıq yoluna aspirin həbin, limon diliminin, kiçik sabun tikəsinin yerləşdirilməsi. Üsul həm hamiləlikdən qorumur, həm də ciddi iltihabın yaranmasına səbəb ola bilər.

 

- Qaynar su ilə ayaq vannası. Bu vasitə də lazım olan effekti vermir və həmçinin sağlamlıq üçün çox ziyanlıdır - ayaq damarlarında ciddi pozulmaların inkişafına səbəb ola bilər.

 

- Müxtəlif otlardan istifadə. Bu da çox effektsiz və bəzən təhlükəli üsuldur. Bəzi ot dəmləmələrinin həddindən artıq qəbulu ciddi zəhərlənməyə və s. fəsadlara səbəb ola bilər.

 

Müasir dövrdə hamiləlik əleyhinə həblər və uşaqlıq daxili "spiral" arzuedilməz hamiləlikdən qorunmaq üçün ən effektli vasitələr sayılır. (saglamolun.az)

 

LENT

28 Mart 2017
27 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017