"Görəsən o da məni sevir?"Bunu anlamaq çətin deyil

Onu ağılınızdan çıxara bilmirsiniz. Bəs görəsən o da sizi düşünürmu? Addım atmalısınız, yoxsa bu, hər şeyi məhv edə bilər? Sevginizin platonik olub-olmadığını necə anlayarsınız? Aile.lent.az bütün bu sualları sizin üçün cavablandırıb.

 

Bədən dili ələ verir

 

Bir kişinin sizdən xoşu gəlirsə, sizə daha yaxın olmaq istəyəcək. Ancaq bunu biruzə vermədən edəcək. “Bəs bunu necə başa düşəcəm?”, - deyirsinizsə, cavabı budur. Birlikdə kinoya getdikdə sizə doğru əyilir, ayaqlarını sizin olduğunuz istiqamətə doğru bir-birinin üstünə atır, sizə yaxın oturur, sizə toxunmaq üçün saçınızı üzünüzdən çəkmək kimi bəhanələr tapırsa, deməli, sizdən xoşu gəlir.

 

Hər şeyi xatırlayır

 

Bir kişinin sizdən xoşu gəlirsə, söylədiyiniz və etdiklərinizi təəccüblənəcəyiniz dərəcədə dərhal xatırlayacaq. Çünki sizin haqqınızda hər şey onun üçün qiymətlidir və əmin olun, tez-tez sizi düşünür.

 

Əlaqə qurmaq üçün hər fürsəti qiymətləndirir

 

Sizdən xoşu gələn kişi sizinlə ünsiyyət yaratmaq üçün heç bir fürsəti qaçırmaz. Məsələn, ötən gün dostunuzla görüşünüzün necə keçməsi ilə maraqlanar və ya yediyi gözəl bir yeməkdən bəhs etmək üçün mesaj atar. Çünki ağlından çıxmırsınız və sizinlə danışmaq üçün ən kiçik fürsəti dəyərləndirmək istəyir.

 

Eşqbazlıq edər

 

Qarşınızdakı kişi sizə qardaşınız və ya oğlan dostunuz kimi davranırsa, mövqeyi bəllidir. Ancaq sizə iltifatlar edirsə, aranızda xüsusi bir ünsiyyət varsa, adınızın əvəzinə şirin ləqəblər qoşursa, demək, sizinlə eşqbazlıq edir.

 

Cütlük kimi davranır

 

İnsanların şübhələnəcəyi dərəcədə daim sizin yanınızda olur, sizinlə hər yerə gedir və bunu bilərəkdən edir. Həmin insanın sizdən xoşu gəlir, bu, qətidir.

 

Onunla maraqlanın

 

Bəzən ediləcək ən ağıllı şey ən sadə şeydir. Onu tanıyan insanlardan sevgilisinin olub-olmaması ilə maraqlanın. Ortaq dostlarınız varsa, bunu asanlıqla öyrənə bilərsiniz.

 

Dedektiv olun

 

Onun da sizdən xoşu gəldiyini düşünürsünüzsə, dərhal onu araşdırmağa başlayın. Münasibət qurmaq üçün uyğun insandırmı, sevgilisi varmı, yoxsa sadəcə macəra axtarırmı?

 

Cəsarətinizi toplayın

 

Onun da sizdən xoşu gəlməməsi üçün bir səbəb olmadığını düşünürsünüzsə, cəsarətinizi toplayın və ona qarşı açıq olun. Ən azından kiçik, romantik addımlarla ona olan marağınızı müəyyən etməyə başlayın.

LENT

22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017