Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT

Səhər yeməyində fərqli dad istəyənlər üçün çörək pizza yaxşı bir seçimdir. Üstəlik boyat çörəklərinizi tullamağa ehtiyac qalmayacaq. Aile.lent.az asan hazırlanan çörək pizza reseptini təqdim edir.

 

Lazım olan ərzaqlar:

 

9-10 dilim çörək və ya tost çörəyi

 

1 ədəd yumurta

 

Acı bibər

 

Pomidor

 

Kolbasa

 

Sosiska

 

Zeytun

 

Holland pendiri

 

Ərzaqları istəyinizə görə dəyişdirə bilərsiniz.

 

Sousu üçün:

 

2 yemək qaşığı zeytun yağı

 

1/2 yemək qaşığı tomat

 

2 diş sarımsaq

 

1 pomidor

 

1 ədəd qənd

 

Duz

 

İstiot

 

Kəklik otu (istəyə görə)

 

Hazırlanması:

 

Sousu üçün əvvəlcə rəndələnilmiş sarımsaqlarla yarım qaşıq tomatı qızdırılmış zeytun yağında qarışdırın. Rəndələnilmiş pomidoru də əlavə etdikdən sonra duz, şəkər, istiot və kəklik otunu qatıb qatılaşana qədər bişirin. Sonra soyumağa qoyun.

 

Yumurtaları ayrı bir qabda çırpın, pendiri rəndələyin. Digər ərzaqları istədiyiniz şəkildə doğrayın. Çörəklərin üstünə sousu sürtüb ərzaqları üzərinə düzün. Sonra yumurtanı az-az hər çörəyin üstünə tökün. Axırda rəndələnilmiş pendirləri səpin və 180 dərəcəlik sobada təxminən 25-30 dəqiqə bişirin.

 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017