Türkiyəli məşhur aktrisanın yeni evi - FOTOLAR

Türkiyəli məşhur aktrisa Deniz Çakır yeni evinin qapılarını "İnStyle-Home" jurnalına açıb.

 

Aile.lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Deniz Çakırın Quruçeşmə sahilindəki yeni evi sayca dördüncü evi sayılır. 12 ildir İstanbulda yaşayan aktrisanın daha öncə Arnavutköy, Beşiktaş və Nişantaşında evləri olub. Lakin aktrisa ən çox bu evi sevdiyini deyib: “Ən çox bu evi sevdim. Burada özümü çox hüzurlu, rahat hiss edirəm. Bu ev sanki məni özümə gətirdi. Dağınıqlığımı toparladı. Dənizə baxan, işıqlı, şüşələrlə əhatə olunmuş bir evə ehtiyacım varmış deməli”.

 

Deniz Çakır bildirib ki, ev zövqlə dizayn edilmişdi. O, sadəcə köhnəlmiş divar kağızlarını yeniləyib: “Bir də öz zövqümə görə mebellər aldım. Bunların içində ən vacib olanı kitab şkafı. Pərdə və xalça ilə aram yoxdur. Parçadan da yalnız yataq otağında istifadə edirəm. 19o kvadrat metrlik evin qonaq otağına açılan modern mətbəxi, üç geniş otağı və iki hamamı var. Otaqlardan birini geyim otağı kimi istifadə edirəm”.

 

Aile.lent.az Deniz Çakırın yeni evinin fotolarını təqdim edir. 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017