İrina Şeyk hamilədir? - FOTOLAR

Məşhur model,  “Victoria`s Secret”in mələyi İrina Şeykin hamilə olması ilə bağlı dedi-qodular yayılıb. 

 

Aile.lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ötən həftə Parisdə baş tutan dəfilədə podiuma çıxan İrina həm geyimi, həm də yerişi ilə hamilə olduğuna dair şübhələr oyadıb. 

Belə ki, modelin dəfilədə geyindiyi hər iki geyim onun qarnını gizlədirdi.

 

Moda nümayişindən sonra digər modellər dərin dekolteli libaslarla kamera önünə çıxsalar da, seksual geyimlərdə görməyə alışdığımız İrina göbək qismi gen, şaquli zolaqlı paltar geyinib.  

 

Podiumda çıxışı və moda dəfiləsindən sonra geyindiyi geyimlərin qarnını gizlətməsi Şeykin hamilə olması iddiasının gerçəkliyinin sübutu kimi dəyərləndirilir.

 

Qeyd edək ki, 30 yaşlı İrina Şeyk artıq bir il yarımdır aktyor Bradley Kuperlə sevgilidir. 

LENT

21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017